Türkiyə davamlı iqtisadi inkişafa nail olmaq əzmindədir

Xəzinədarlıq və maliyyə naziri hökumətin yeni prioritetlərini açıqlayıb
Türkiyə hökuməti ən qısa zamanda inflyasiyanı birrəqəmli göstəriciyə qədər aşağı salmaq, sonrakı mərhələdə isə bu prosesi planlı şəkildə nizamlamaq niyyətindədir. Bu fikri “Anadolu” agentliyinə müsahibəsi zamanı yeni hökumətin iqtisadi sahədə planlarını şərh edərkən xəzinədarlıq və maliyyə naziri Berat Albayrak səsləndirib. 
 
Onun sözlərinə görə, Xəzinədarlıq və Maliyyə Nazirliyinin əsas vəzifələri büdcə müəssisələrinin maliyyə intizamına əməl etmələrinə nəzarətin gücləndirilməsi, inflyasiyanın aşağı salınması  və struktur islahatlarının aparılmasıdır. B.Albayrak deyib: “Qarşıya Türkiyənin sabit və davamlı inkişaf etdirilməsi vəzifəsi qoyulub. Ankara qlobal bazarın bütün subyektəri ilə sıx əməkdaşlığa hazırdır”.  
Nazir vurğulayıb ki, əsas səylər Türkiyəyə xaricdən isvestisiya axının gücləndirilməsinə və şaxələndirilməsinə istiqamətləndiriləcək. Onun sözlərinə görə, Türkiyənin yeni ortamüddətli iqtisadi inkişaf proqramı qlobal bazarın bütün iştirakçıları üçün cəlbedicidir.  
B. Albayrak ölkədə qiymətlərin tənzimlənməsində və səmərəli pul-kredit siyasətinin aparılmasında Türkiyə Mərkəzi Bankının mühüm rol oynadığını diqqətə çadıraraq deyib ki, bank bundan sonra, ilk növbədə, iqtisadi reallıqlar və bazar şərtlərinə uyğun olaraq müstəqil struktur kimi fəaliyyət göstərəcək. Məqsəd bu qurumun fəaliyyətində maksimum səmərəliliyə nail olmaqdır.  
Bu arada Beynəlxalq Valyuta Fondu Türkiyənin “yeni hökumətinin sağlam iqtisadi siyasət həyata keçirmək” planlarını yüksək qiymətləndirib. Fondun nümayəndəsi Cerri Rays Vaşinqtonda “Anadolu” müxbirinə deyib ki, yeni hökumətin ölkədə makroiqtisadi sabitliyi gücləndirməyə və sektorlararası tənasübün yaradılmasına çalışması düzgün addımdır. 
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında