Dünyanın ən bahalı şəhərləri

UBS AG bankı tərəfindən aparılmış tədqiqatların nəticələrinə görə, İsveçrənin Sürix və Cenevrə şəhərləri dünyanın ən bahalı şəhərləridir.
 
Reytinqin “top-5”-liyində həmçinin Oslo, Kopenhagen və Nyu-York yer alıb. Ümumilikdə, siyahıya 77 şəhər daxil edilib.
Tədqiqata əsasən, Sürixdə evin icarəsi daxil edilmədən, malların və xidmətlərin minimal dəstini təmin edəcək aylıq gəlir 4260 dollar təşkil edir. Cenevrədə isə bu göstərici 4165 dollar göstərilir. Nyu-Yorkda isə aylıq 3673 dollara ehtiyac var.
Rusiyanın ən böyük şəhərləri olan Moskva və Sankt-Peterburq müvafiq olaraq 54 və 51-ci yerlərdə qərarlaşıb. Rusiyanın paytaxtında yaşamaq üçün xərclər 2260 dollar təşkil etdiyi halda, Sankt-Peterburqda bu göstərici 2300 dollardır.
Qahirə reytinqin ən ucuz şəhəridir. Burada yaşamaq üçün aylıq cəmi 1272 dollar lazımdır. Ukraynanın Kiyev şəhəri 1618 dollar göstərici ilə 75-ci yerdə qərarlaşıb. İstanbul isə 1937 dollarla 67-ci yerdədir.
UBS-un məlumatına görə, ən bahalı yeməklər Cenevrə və Sürixdə, ən ucuz yeməklər isə Kiyev və Laqosda qeydə alınıb. Evin icarəsinin qiyməti üzrə reytinqə Honkonq və Nyu-York (aylıq 4000 dollar) başçılıq edir.
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında