Dövlət Dəniz Agentliyində görüş keçirilib

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyində agentliyin direktoru Qüdrət Qurbanovla Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə Xəzər dənizinin çirkləndirilməsinin qarşısının alınması üçün qarşılıqlı tədbirlərin vacibliyi qeyd olunub, gəmilərdə formalaşan tullantıların idarə edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər gəmilərdə formalaşan döşəməaltı neftli suların, məişət çirkab sularının və müxtəlif tərkibli bərk tullantıların “Dənizin gəmilərdən çirkləndirilməsinin qarşısının alınması haqqında” Beynəlxalq Konvensiyanın və milli qanunvericiliyin tələblərinə uyğun idarə olunması və utilizasiya edilməsi məsələlərini müzakirə ediblər. Müzakirələr zamanı Avropa Dəniz Təhlükəsizliyi Agentliyinin CleanSeaNet layihəsi çərçivəsində və Dövlət Dəniz Agentliyinin tabeliyində fəaliyyət göstərən Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzinin texniki imkanları vasitəsilə peyk görüntüləri əsasında dənizdə neft ləkələrinin aşkar edilməsi, ləkələrin mənbəyinin müəyyən olunması ilə bağlı məlumatların operativ Ekologiya və Təbii Sərvətlər Nazirliyinə ötürülməsinin təmin ediləcəyi bildirilib.

Yekun olaraq Xəzərin Azərbaycan sektorunda üzən gəmilərdə formalaşan maye və bərk tullantıların düzgün idarə olunması məqsədilə Dövlət Dəniz Agentliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssislərindən ibarət birgə işçi qrupunun yaradılması barədə qərar qəbul olunub.

  Ekologiya və Təbii Sərvətlər naziri Dövlət Dəniz Agentliyi tərəfindən dənizdə üzən gəmilərin müşahidə edilməsi üçün yaradılmış Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi ilə tanış olub.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, "Dənizdə insan həyatının mühafizəsinə dair Beynəlxalq Konvensiya”nın tələblərinin yerinə yetirilməsi məqsədilə Xəzəryanı ölkələrdən ilk dəfə olaraq Azərbaycanda ən son naviqasiya və müşahidə avadanlıqları ilə təchiz edilmiş Uzaq Məsafədən Tanınma və İzləmə Milli Mərkəzi yaradılıb. Mərkəz “Azərbaycan Respublikasının ərazi sularında üzmə Qaydaları”na riayət olunmasına nəzarəti həyata keçirəcək, həmçinin Azərbaycanın ərazi sularında üzən gəmilərin mövqeyinin izlənilməsi, onların hərəkət təhlükəsizliyinin təmin edilməsində naviqasiya xəbərdarlıqlarına və hava haqqında proqnozlara dair müvafiq bilgilərin, habelə digər mühüm məlumatların ölkə daxilində və beynəlxalq səviyyədə operativ çatdırılmasını təmin edəcək.

                   Qəzənfər  QASIMOV,

                   “Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında