Yanvar-iyun ayları üzrə sığorta bazarının göstəriciləri açıqlanıb

Yanvar-iyun ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 396,37 milyon manat məbləğində sığorta haqları toplanıb, 119,3 milyon manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən bildiriblər ki, könüllü sığorta bazarı üzrə haqlar 286,84 milyon manat, ödənişlər isə 87,11 milyon manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 109,53 milyon manat, ödənişlər isə 32,19 milyon manat olub.

2018-ci ilin yanvar-iyun ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 72 faizi könüllü, 28 faizi isə icbari sığorta növlərinin payına düşüb. Sığorta ödənişlərinin 73 faizi könüllü, 27 faizi isə icbari sığorta növləri hesabına formalaşıb.

Vaqif BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında