Qənirə Paşayeva Gədəbəydə gənc nəsli vətənpərvərliyə səsləyib

Milli Məclisin deputatı Qənirə Paşayeva "Sağlamlığın Qorunması" İB-nin rəhbəri Yazgül Abdiyevanın təşkilatçılığı ilə Gədəbəy rayonunda şəhid ailələrinə həsr olunan “Sağlam nəsil, sağlam gələcək” adlı konfransda iştirak edib.

Çıxışında uşaqların, gənclərin daxili dünyalarını zənginləşdirməsi istiqamətində müəllimlərin, ziyalıların öz səylərini daha da artırmalarının vacibliyini qeyd edən deputat –“bir sıra lazımsız televiziya proqramları və zərərli vərdişlərin uşaqlarımızı kitaba meyillilikdən uzaq salmasına imkan verməməliyik, bir millətin inkişafı onun gənc nəsillərinin kitaba,oxumağa,öyrənməyə böyük marağından keçir”,-- deyib. “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağa meyilli olması əsas şərtdir”,-- deyən Qənirə Paşayeva bildirib ki, bir insanın inkişafı və gələcəyində onun təhsili, bir peşə sahibi olması çox böyük önəm daşıyır. Uşaqlarımız oxumağa, öyrənməyə,  peşə sahibi olmağa daha çox meyilli olmalıdırlar,  Azərbaycan tarixi ilə  bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməlidirlər, çünki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir insan öz ölkəsinin və millətinin tarixini də dərindən bilməlidir. 

Millət vəkili Q.Paşayeva bildirib ki, gənclərimizin həm fiziki, həm də mənəvi olaraq güclü yetişməsi ən vacib məsələdir, gənclər arasında zərərli vərdişlərə narkomaniyaya, siqaretə, qumar oyunlarına aludə olan gənclərin artması hamımızı ciddi narahat etməlidir,– deyib və gənclərin bu zərərli vərdişlərdən tamam uzaq durması istiqamətində maarifləndirmə işinin aparılmasının vacibliyini qeyd edib və bu istiqamətdə müəllimlərin, ziyalıların, qeyri-hökumət təşkilatlarının üzərinə mühüm vəzifə düşdüyünü bildirib və səylərini daha da artırmağa çağırıb.

O, konfrans çərçivəsində ziyalılar, müəllimlər, sakinlərlə görüşüb. Bu cür gözəl görüşün təşkili üçün tədbirin təşkilatçılarına təşəkkürünü bildirən deputat müəllifi olduğu kitablar barədə məlumat verib. O qeyd edib ki, cəmiyyətin maariflənməsi, xüsusilə də savadlı, intellektual ,vətənpərvər, daxili dünyaları zəngin olan gəncliyimizin yetişməsində və dünyagörüşümüzün formalaşmasında mütaliə xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan da bu cür görüşlərin keçirilməsi cəmiyyətdə kitaba və mütaliəyə olan marağın artırılmasında mühüm rol oynayır. Sonra Qənirə Paşayeva tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, kitablarını imzalayaraq oxuculara hədiyyə edib.

Zərifə BƏŞİRQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında