Şəhid ailələri ilə görüş

Milli Məclisin deputatı Q.Paşayeva Gədəbəyin mərkəzində və Samanlıq kəndində şəhid ailələri ilə görüşüb və “şəhidlərimizi heç zaman unutmayacağımızı, onları hər zaman sevgiylə anacağımızı,  şəhid ailələrinə daha çox diqqət və qayğının göstərilməsi hər bir azərbaycanlının vəzifəsidir,”-- deyib. “Şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır,”-- deyən deputat  “hər zaman sizin yanınızdayıq, bütün Azərbaycan üçün siz çox dəyərlisiniz”-- deyib.

Dövlətimizin şəhid ailələrinə dəstək və qayğısından danışaraq bildirib ki,  biz hamımız, o cümlədən şəhid ailələrimiz Ali Baş Komandan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad olunacağına və bütün şəhidlərimizin ruhunun o zaman sakitlik tapacağına əminik. “O gün uzaqda deyil, inşallah torpaqlarımızı işğaldan azad edəcəyik və şəhidlərimizin də ruhu şad olacaq,”-- deyərək bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. “Ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyevanın şəhid ailələrimizə hər bir azərbaycanlı diqqət və qayğı ilə yanaşmalıdır çağırışı etmişdir”, – deyən Q.Paşayeva  hər bir şəhid ailəsini ayrılıqda  dinləyib və hər zaman yanınızdayıq deyib.

O, həmçinin Gədəbəyin ilk Milli Qəhrəmanı, polis baş leytenantı İlham Əliyevin anası ilə də görüşüb, söhbət edib, qayğıları ilə maraqlanıb.  Gədəbəyin mərkəzində və Samanlıq kəndində yerli sakinlərlə də görüşüb, geniş fikir mübadiləsi aparıb.
 

 

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında