Bəzi qüvvələr Azərbaycanın regiondakı aparıcı rolunu, sosial-iqtisadi inkişafını və sabitliyini qəbul etmək istəmirlər

Bu gün Azərbaycan regionun ən inkişaf etmiş ölkəsidir. Gürcüstan ilə Azərbaycan çox vacib regional layihələr həyata keçirirlər. Bu layihələr təkcə bizim ölkələrin deyil, Avropanın özü üçün də mühüm əhəmiyyət kəsb edir. Təəssüf ki, bəzi qüvvələr Azərbaycanın regiondakı aparıcı rolunu, sosial-iqtisadi inkişafını, sabitliyini qəbul etmək istəmirlər.
 
Bu fikirləri müsahibəsində Gürcüstan Azərbaycanlıları Konqresinin (GAK) sədri Hüseyn Yusubov söyləyib. 
H.Yusubov bildirib ki, bəzi qüvvələr Azərbaycanda sabitliyi pozmağa, vətəndaş qarşıdurması yaratmağa çalışırlar. Bunun üçün hətta din amilindən də istifadə edirlər. İyulun 10-da Gəncədə baş vermiş hadisələr bunu bir daha sübut etdi.
Gürcüstan Azərbaycanlıları Konqresi Gəncə şəhərində törədilən iğtişaşı qətiyyətlə pisləyir. Azərbaycanda heç zaman dini zəmində qarşıdurma və ayrı-seçkilik olmayıb. Azərbaycan tolerant, multikultural ölkədir. Amma bu regionda sabitliyi istəməyən qüvvələr var ki, onlar qarşıdurma yaradır, insanları qətlə yetirir, sonra da bunların dini zəmində baş verdiyini iddia edirlər. Biz, bəyan edirik ki, bütün bunlar Azərbaycanın gündən-günə artan nüfuzuna zərbə vurmaq məqsədi daşıyır. Amma onlar heç vaxt öz məqsədlərinə nail ola bilməyəcəklər. 
“Biz, Gürcüstanda yaşayan hər bir azərbaycanlı milli dövlətimiz Azərbaycanı sevirik. Azərbaycan xalqı və Prezidenti ətrafında sıx birləşərək pozucu qüvvələrə imkan verməyəcəyik”, – deyə H.Yusubov vurğulayıb. 
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında