ABŞ Prezidenti: Putinlə görüşdən çox şey gözləmirik

ABŞ Prezidenti Donald Tramp iyulun 16-da Helsinkidə Rusiya Prezidenti Vladimir Putinlə keçirəcəyi görüşdə hansı məsələlərin müzakirə olunacağını açıqlayıb.
 
APA-nın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, D.Tramp V. Putinlə Suriya və Ukraynadakı vəziyyəti, eləcə də Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini müzakirə edəcəyini deyib.  
“Biz bu görüşə çox şey gözləmədən gedirik. Biz Suriya məsələsini aydınlaşdırmaq istəyirik. Eləcə də, biz sizin sevimli sualınız olan seçkiyə müdaxilə barədə soruşacağıq, mən bir daha bu sualı verəcəyəm. Biz digər məsələləri, o cümlədən Ukraynanı da müzakirə edəcəyik”, - deyə o, amerikalı jurnalistlərə bildirib.  
D. Trampın sözlərinə görə, V. Putin Rusiyanın ABŞ seçkilərinə müdaxiləsini inkar edə bilər, lakin o, istənilən halda bu məsələni qaldıracağını və bir daha bu halın təkrar olunmamasını istəyəcəyini söyləyib.

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında