Görülən işlər 2018-ci ilin uğurla başa çatacağına zəmanət verir

Xətai Rayon İcra Hakimiyyətinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları ilə əlaqədar hesabat yığıncağı keçirildi.
 
RİH başçısı Razim Məmmədov məruzəsinin əvvəlində Gəncədə baş vermiş məlum hadisələrə münasibət bildirərək qeyd etdi ki, Azərbaycanın bu qədim şəhərində, dövlətçilik tariximizdə xüsusi yeri olan bir məkanda əmin-amanlığımıza, inkişafımıza qarşı təxribat törədilmiş, sakinlərin rahatlığını pozmuşlar. Din pərdəsi altında əhali arasında çaxnaşma yaratmaq istəyən təxribaçı qüvvələrin qanunazidd hərəkətlərinin qarşısı alınarkən iki qanun keçikçisi, yüksək rütbəli polis zabiti şəhid olmuşdur. 
Toplantı iştirakçıları şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra hesabat yığıncağı işini davam etdirdi. 
R.Məmmədov sosial-iqtisadi inkişafın 6 aylıq yekunları ilə bağlı hesabat məruzəsində bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında vurğulandığı kimi, ötən yarımildə ölkə iqtisadiyyatı dayanıqlılığını saxlamış, ümumi daxili məhsul 1,3 faiz təşkil etmişdir. Qeyri-neft sektorunda 2 faiz, qeyri-neft sənayesində 8 faiz, aqrar sektorda isə 7,6 faiz artım qeydə alınmışdır. 
Valyuta ehtiyatlarımızın 44,3 milyard dollara çatdığını bildirən natiq qeyd etdi ki, ­Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində əldə olunmuş nailiyyətlər bir tərəfdən ölkəmizin zəngin enerji resurslarının dünya bazarlarına nəqlinə imkan verən layihələrin reallaşdırılmasına və gəlirlərimizin sürətlə artmasına şərait yaratmış, digər tərəfdən isə bu gəlirlərin səmərəli və düzgün idarəsi, eyni zamanda, iqtisadiyyatın şaxələndirilməsi üzrə ardıcıl islahatların reallaşdırılması imkanlarını genişləndirərək, əhalinin rifah halının yaxşılaşdırılmasına müsbət təsir göstərir. 
R.Məmmədov Xətai rayonunda da cari ilin birinci yarısında nəzərə çarpacaq müsbət dəyişikliklərin baş verdiyini, bu qısa tarixin də rayonun sosial-iqtisadi, mədəni sahələrində inkişaf və irəliləyişlərlə yadda qalacağını diqqətə çatdıraraq konkret nəticələrdən danışdı:
– Hesabat dövründə rayonun sənaye müəssisələri tərəfindən 670 milyon 26 min manatlıq məhsul istehsal edilmiş və xidmətlər göstərilmişdir. Bu müddətdə istehlakçılara 751 milyon 575 min manatlıq sənaye məhsullu göndərilmişdir.
Bütün maliyyə mənbələrindən iqtisadi və sosial sahələrin inkişafı üçün əsas kapitala 244 milyon 552 min manat vəsait yönəldilmiş, tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə isə 242 milyon 675 min manatlıq vəsait ayrılmışdır. Tikinti-quraşdırma təşkilatlarının öz gücləri ilə yerinə yetirdikləri podrat işlərinin həcmi 453 milyon 189 min manat olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,8 faiz çoxdur.
Natiq qeyd etdi ki, istehlak bazarı da dinamik inkişaf etmiş, rayon ərazisində pərakəndə ticarət şəbəkələrindən əhaliyə 1 milyard 259 milyon 389 min manatlıq əmtəə satılmışdır. Bu əmtəənin 20 faizi hüquqi şəxs statuslu, 80 faizi hüquqi şəxs yaratmadan fəaliyyət göstərən sahibkarların payına düşmüşdür. Rayonun ticarət şəbəkələrindən əhaliyə satılmış ərzaq məhsullarının həcmi 560 milyon 144 min manat, qeyri-ərzaq mallarının həcmi isə 340 milyon 620 min manat olmuşdur.
Hesabat dövründə rayonun iqtisadiyyatında çalışanların həyat səviyyəsinin yüksəldiyini vurğulayan icra hakimiyyəti başçısı bildirdi ki, bunun bir səbəbi də əhalinin işlə təmin edilməsi ilə bağlıdır. Belə ki, ilin əvvəlindən müəssisə və təşkilatlarda 2774 yeni iş yerləri açılmışdır ki, onun da 925-i daimi iş yeridir.
Hesabatda ilin birinci yarısında rayonda aparılan abadlıq və yenidənqurma işlərinin həcminin artması və yolların təmiri və tikintisinin daim diqqətdə saxlanılması barədə də söhbət getmişdir. 
R.Məmmədov xüsusi qeyd etmişdir ki, hesabat dövrü ərzində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə qəzalı tikililərdə məskunlaşmış məcburi köçkünlərin köçürülmələri tapşırığına əsasən iyun, iyul aylarında Dövlətqaçqınkomun nümayəndələri ilə birgə rayonda məskunlaşmış məcburi köçkün ailələrinin siyahıları dəqiqləşdirilmiş və onların yaxın zamanlarda Lökbatan qəsəbəsində inşa olunan 1026 ailəlik yeni yaşayış kompleksinə köçürülmələri nəzərdə tutulmuşdur.
Hesabat məruzəsində ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə görülən tədbirlərin davam etdirilməsindən, əhalinin elektrik enerjisi, qaz və su ilə fasiləsiz təminatı sahəsində əldə olunan uğurlardan da konkret faktlar diqqətə çatdırıldı. Qeyd olundu ki, hazırda lift təsərrüfatında maddi-texniki bazanın möhkəmləndirilməsi və binalarda liftlərin yenisi ilə əvəz olunması işləri yüksək sürətlə həyata keçirilir. 
Sonra məruzə ətrafında çıxış edən YAP Xətai rayon təşkilatının sədri Hüseynbala Mirələmov və digər natiqlər 2018-ci ilin birinci yarısında Xətai rayonunun sosial-iqtisadi inkişafı sahəsində əldə olunan nəticələri yüksək qiymətləndirdilər. Qeyd olundu ki, respublikanın yüksək inkişaf tempi fonunda Xətai Rayon İcra Hakimiyyətinin gördüyü işlər qənaətbəxş hesab edilir. 
Hesabat iclasına yekun vuran icra hakimiyyətinin başçısı bütün qüvvələrin qarşıda duran vəzifələrin həyata keçirilməsinə səfərbər edilməsi üçün müvafiq idarə və müəssisə rəhbərlərinə tapşırıq və tövsiyələrini verdi.
İlqar RÜSTƏMOV,
 “Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında