Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi, sabiq Baş nazir Binəli Yıldırım Türkiyə Böyük Millət Məclisinin sədri seçilib. Bu barədə “Anadolu” agentliyi məlumat yayıb.
 
Sədrlik uğrunda mübarizə 3 tur səsvermədə aparılıb. Türkiyə Konstitusiyasına əsasən, məclis sədri seçilmək üçün I və II turda 600 deputatdan 400-nün səsini qazanmaq lazımdır. Əgər I və II turda parlament sədrini seçmək mümkün olmazsa, o zaman III tur keçirilir. Bu mərhələdə 301 deputatın dəstəyini qazanan şəxs Böyük Millət Məclisinin sədri seçilir.
Binəli Yıldırım üçüncü səsvermədə 584 deputatın 335-nin səsini toplayaraq Türkiyə Böyük Millət Məclisinin sədri olub.
 
Rövşən ATAKİŞİYEV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında