“Apple” keçmiş əməkdaşını məhkəməyə verib

ABŞ-ın “Apple” şirkəti keçmiş əməkdaşı Syaolan Çjanı özüidarəolunan avtomobillər layihəsi haqqında məxfi məlumatları oğurlamaqda ittiham edib. Bu barədə “BBC.com” saytı xəbər verib.
 
Məlumata görə, Syaolan Çjan işdən çıxarılandan sonra internetdə fəallığı artıb və ofisə tez-tez gəlib-getməyə başlayıb. Məxfi məlumatların oğurlana bilməsindən şübhələnən şirkət ondan şikayət edib. Nəticədə o, Kaliforniyanın San-Xose Beynəlxalq Aeroportunda Çinin Quançjou əyalətinə uçmaq istəyərkən saxlanılıb. Aparılan ilkin dindirmələrdən sonra S.Çjan həyat yoldaşının noutbukuna şirkətin bazasından olan məlumatları yükləməsini etiraf edib.
Qeyd edək ki, mühəndis “Apple” şirkətində  özüidarəolunan avtomobil cihazlarının analizi üçün mikrosxemlərin hazırlanması və sınağı ilə məşğul olub. S.Çjanın təqsiri sübut olunarsa, onu 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Əfsanə ƏHƏDLİ, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında