Donald Tramp Almaniya Kanslerini Rusiyanın təsiri altına düşməkdə suçlayıb

ABŞ Prezidenti Donald Tramp hesab edir ki, son zamanlar Almaniya Rusiyanın əsirinə çevrilib. Bu barədə o, Brüsseldə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdən sonra bəyan edib. Məlumatı “Reuters”ə istinadən “Lenta.ru” verib. 
 
Amerika lideri rəsmi Berlini əsasən “Şimal axını-2” layihəsini dəstəklədiyinə görə kəskin tənqid edərək bildirib ki, Almaniya regionun varlı ölkəsi kimi Rusiya ərazisindən qaz kəməri çəkilməsini dəstəkləyir. Amma Avropanı Rusiyadan ABŞ müdafiə edir, bunu heç cür başa düşmək mümkün deyil. 
Tramp yenidən narazılığını bildirib ki, Almaniyanın kifayət qədər pulu olsa da, bu ölkənin hakimiyyəti özünün müdafiəsi üçün xərcləri artırmaq istəmir. ABŞ Prezidentinin fikrincə, Vaşinqton NATO çərçivəsində həddən artıq xərc çəkir, amma başqa ölkələrin ödənişi kifayət qədər olmur. “Bu vəziyyət artıq on illərdir ki, davam edir və amerikalı vergiödəyicilərə münasibətdə bu, ədalətsizlik hesab olunmalıdır”. O, yaranmış vəziyyəti düzəldəcəyini vəd edib. 
Xatırladaq ki, dünən Belçikanın paytaxtında NATO-nun növbəti sammiti öz işini başa vurub. Onu da qeyd edək ki, ABŞ lideri NATO ölkələrini ÜDM-nin 2 faizi həcmində üzvlük haqqı verməyə məcbur edəcəyi barədə dəfələrlə xəbərdar edib. Ancaq alyans üzvlərinin çoxu həmin həddə 2024-cü ildə çatacaqlarını bildiriblər. ABŞ isə hələ də NATO-ya bütün digər ölkələrdən daha çox – ümumdaxili məhsulunun 3,58 faizi qədər üzvlük haqqı ödəyir. 
“Şimal axını-2” isə Rusiya və Almaniya arasında Baltik dənizinin dibi ilə çəkiləcək qaz kəməri layihəsidir. Layihənin gücü ildə 55 milyard kubmetr qaz həcmində olmalıdır. Kəmərin 2019-cu ilin sonlarında istifadəyə verilməsi nəzərdə tutulur. 
NATO sammiti çərçivəsində görüşləri zamanı Merkel ABŞ Prezidentinə cavab olaraq deyib ki, Almaniya da alyans üçün çox iş görür: “Əfqanıstanda ABŞ-la fəal əməkdaşlıq edirik. Biz də ABŞ-ın maraqlarını qoruyuruq”. 
Fransa Prezidenti Emmanuel Makron da hesab edir ki, Merkel Rusiyanın təsiri altında deyil. Jurnalistlərin bu barədəki sualına o, belə cavab verib: “Yox”. 
 
Paşa ƏMİRCANOV, 
“Xalq qəzeti”

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında