NATO ölkələri Türkiyənin təhlükəsizliyi ilə bağlı həmrəylik nümayiş etdiriblər

Bəlli olduğu kimi, bu il 11-12 iyul tarixlərində Şimali Atlantika Alyansı – NATO-nun növbəti sammiti keçirilib. “Euronews” agentliyinin məlumatına görə, tədbirin sonunda alyansa üzv  dövlətlərin liderləri NATO-nun Yekun Bəyannaməsini qəbul ediblər.   
 
Sənəddə NATO-nun qarşıdakı illərdə əsas vəzifə və öhdəlikləri əks olunub. Təqdirəlayiq haldır ki, bəyannamədə alyansın aparıcı üzvlərindən biri olan Türkiyənin milli təhlükəsizliyinə qarşı yönələn təhdidlərlə bağlı məsələ də yer alıb. 
Sənəddə deyilir ki, alyans rəhbərliyi ağır münaqişə zonası olan Suriyadan Türkiyə ərazisinə ballistik raketlərin atıla biləcəyindən narahatdır və bunun qarşısını almaq üçün lazımi tədbirləri görməyə hazırdır. Bəyannamədə, həmçinin, Ankaranın NATO-nun cənub cinahının təhlükəsizliyinə böyük töhfə verdiyi məxsusi vurğulanır.  
Qeyd edək ki, NATO-nun başa çatan sammitində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir sıra mühüm görüşlər keçirib. Gözlənildiyi kimi, qardaş ölkənin lideri Brüsseldə Almaniya Kansleri Angela Merkel ilə görüşərək bir sıra mühüm ikitərəfli və qlobal məsələlər üzrə müzakirələr aparıb. Görüşdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu, milli müdafiə naziri Hulusu Akar və dövlət başçısının mətbuat katibi İbrahim Kalın da iştirak ediblər. Görüş 40 dəqiqədən çox çəkib.
Angela Merkel Türkiyə Prezidentini bu il  iyunun  24-də keçirilən seçkilərdə parlaq qələbəsi münasibətilə təbrik edib. Xanım siyasətçi rəsmi Berlinin Ankara ilə əlaqələrin genişlənməsində maraqlı olduğunu bildirib. Yeri gəlmişkən, Türkiyə dövlətinin başçısı sammit çərçivəsində ABŞ və Fransa liderləri ilə də görüşüb. 
 
Məsaim ABDULLAYEV, 
“Xalq qəzeti” 

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında