Tramp: “NATO ölkələri hərbi xərclərini görünməmiş səviyyədə artıracaq”

ABŞ prezidenti Donald Tramp NATO ölkələrinin hərbi xərclərini görünməmiş həddə qədər yüksəltmək barədə razılığa gəldiklərini açıqlayıb.  

APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, D. Tramp bunu Brüsseldə NATO zirvə toplantısının yekunlarına dair keçirdiyi mətbuat konfransında bildirib.

“Ciddi irəliləyişə nail olunub. Hər kəs öz ödənişlərinin səviyyəsini əvvəllər təsəvvür edilməyəcək qədər yüksəltmək barədə razılığa gəldi”, - deyə ABŞ prezidenti söyləyib. O bildirib ki, il ərzində NATO ölkələri hərbi xərclərini 33 milyard dollar artırıb: “ABŞ NATO-da qalır və bizim ittifaqa bağlılığımız çox möhkəmdir”.    

Qeyd edək ki, NATO zirvəsinin qapalı toplantısında D. Trampin digər ölkələri hərbi xərclərini artırmayacağı təqdirdə ABŞ-ın ittifaqı tərk edəcəyi ilə hədələdiyi barədə xəbər yayılıb. Lakin bu xəbər təkzib edilib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında