Kreml Trampın bəyanatına münasibət bildirib

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ prezidenti Donald Trampın NATO sammiti çərçivəsində Avropa - Rusiya münasibətləri haqda verdiyi bəyanata münasibət bildirib.

APA-nın Moskva müxbirinin məlumatına görə, D. Peskov bu bəyanatın qarşıdan gələn Putin-Tramp danışıqlarını çətinləşdirə bilməyəcəyini söyləyib: "Onsuz da bu danışıqlar çətin olacaq. Gündəmdə olan Rusiya ilə ABŞ arasında fikir ayrılıqlarının həcmini bilirsiniz”.

 Kreml sözçüsü D. Trampın "Şimal axını-2" qaz kəməri ilə bağlı səsləndirdiyi bəyanatı da şərh edib. O, bu bəyanatın haqsız rəqabətin təzahürü olduğunu bildirib: "Bu, Avropanı Rusiyanın kəmər qazından baha olan Amerikanın slans qazını almağa məcbur etməyə cəhddir".
Qeyd edək ki, D. Tramp NATO-nun baş katibi Yens Stoltenberqlə görüşündə "Şimal axını-2" qaz kəməri layihəsini həyata keçirən Almaniyanın Rusiyanın girovu olduğunu, Rusiyanın Almaniyaya nəzarət etdiyini söyləyib.

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında