Rayonun Tüntül kəndində səyyar görüş

Qəbələ RİH-dən verilən xəbərə görə Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayevin Tüntül kəndində sakinlərlə səyyar görüşü keçirilib. Rayonun hüquq-mühafizə orqanlarının, xidmət sahələri rəhbərlərinin və kənd ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbirdə RİH başçısı çıxış edərək Qəbələ rayonunda və Tüntül kəndində sosial-iqtisadi sahədə görülən işlər barədə ətraflı məlumat verib. Səbuhi Abdullayev əhalinin fasiləsiz elektrik enerjisi, təbii qaz və içməli su ilə təchizatı vəziyyətinin, yol infrastrukrurunun yaxşılaşdırılması və aparılan digər mədəni-quruculuq layihələrdən danışıb, həyata keçirilən tədbirlərdən söhbət açıb. Görüşdə çıxış edən kənd sakinləri onlara göstərilən diqqət və qayğını yüksək qiymətləndirərək cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər. İcra hakimiyyətinin başçısı görüşdə səsləndirilmiş təkliflərlə bağlı aidiyyəti məsul şəxslərə konkret tapşırıqlar verib.

İsaq Əmənullayev
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında