Britaniyadan Putin-Tramp görüşünə reaksiya

Britaniyanın baş naziri Tereza Mey ABŞ prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinlə gözlənən sammitini alqışlayıb. Deyib ki, bu görüşdən NATO və Moskva arasında konflikt riskini azaltmaq üçün istifadə olunmalıdır.

İyulun 11-də axşam NATO liderləri birgə nahar ediblər. Həmin gün Tramp ilə Avropa liderləri arasında ziddiyyətlər yaşanmasına baxmayaraq, Mey iyulun 16-na planlaşdırılan Putin-Tramp sammitinə müsbət yanaşdığını bildirib.

Mey nahar zamanı Moskvanın məkrli fəaliyyətindən də söz açıb. Qərbdə Kremllə əlaqələndirilən kiberhücumlara, Britaniya torpağında rusiyalı keçmiş casusun Sovet ittifaqında hazırlanmış sinir qazıyla zəhərlənməsinə toxunub.

Ancaq Mey naharda deyib ki, Rusiyayla vahid və güclü mövqedən işləməlidirlər, Rusiyanın davranışında nəyi düzəltməli olmasını da aydın şəkildə bildirməlidirlər.

Tramp bundan öncə NATO müttəfiqlərini, özəlliklə də, Almaniyanı ittiham edib, onların müdafiə xərcləri ilə bağlı öhdəliklərinə əməl etmədiklərini vurğulayıb.

Z. BƏŞİRQIZI,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında