Şəhidin medalı ailəsinə təqdim edilib

Xəbər verdiyimiz kimi, 2018-ci il mayın 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası ərazisində Ermənistanın növbəti təxribatının qarşısını alarkən şəhid olmuş əsgər Adil Əli oğlu Tatarov müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmri ilə “Şücaətə görə” medalı ilə təltif olunub. Şəhidin medalı bu gün Ağstafa rayonunun Qıraq Kəsəmən kəndində Adil Tatarovun ailəsinə təqdim edilib.           

Bu münasibətlə şəhid əsgərin 19 il öncə dünyaya göz açdığı ata ocağında Müdafiə Nazirliyi rəsmilərinin, rayon rəhbərliyinin, hərbi qulluqçuların, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə mərasim keçirilib.

Müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev çıxış edərək, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun adından şəhidin ailəsinə, doğmalarına bir daha dərin hüznlə başsağlığı verib, səbr arzulayıb.

Nazir müavini deyib: “Azərbaycan əsgəri səngərdə hər zaman ayıq-sayıq dayanıb və düşmənin istənilən təxribatının cavabı layiqincə və artıqlaması ilə verilir. Çünki ordumuzda Mübariz İbrahimov, Fərid Əhmədov, Çingiz Qurbanov, Adil Tatarov kimi oğullar yetərincədir. Azərbaycan əsgəri yaxşı bilir ki, o, öz Vətənini, öz ailəsini, öz ata-anasını, bacı-qardaşını qoruyur. Azərbaycan əsgəri əmindir ki, onun arxasında böyük Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan Prezidenti durub. Şəhid olarsa şəhid kimi, qazi olarsa qazi kimi xidmətləri yüksək qiymətləndiriləcək, adı əbədiləşdiriləcək, xatirəsi həmişə əziz tutulacaq”.

Sonra əsgər Tatarov Adil Əli oğlunun ölümündən sonra təltif olunduğu “Şücaətə görə” medalı ailəsinə təqdim edilib.    

Şəhidin atası Əli Tatarov, Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev, Xalq artisti Tariyel Qasımov, şəhidin müəllimi Turan Yaqubəliyev və başqaları çıxış edərək, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Mərasimdə “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ali Baş Komandanın hər bir əmrinə hər an hazırıq!” şüarları səsləndirilib.

Hamlet Qasımov,
“Xalq qəzeti”nin 
bölgə müxbiri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim
November, 2025
Mon
Tue
Wed
Thu
Fri
Sat
Sun
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30

Hava haqqında