Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

İcazə verin, Sizi ad gününüz münasibətilə Beynəlxalq Türk Akademiyasının rəhbərliyi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edim.

Zati-alinizin yorulmaz səyləri sayəsində qardaş Azərbaycan sosial-iqtisadi sahədə, dövlət quruculuğunda və beynəlxalq aləmdə sanballı uğurlar qazanıb, dünya birliyinin fəal və nüfuzlu üzvünə çevrilib.

Sizin mədəniyyətlər və sivilizasiyalar arasında dialoq platformasının qurulması, multikulturalizm ənənələrinin inkişafı, sülh və tolerantlığın təmin olunması istiqamətində fəaliyyətiniz Azərbaycanın regionun inkişaf etmiş, təhlükəsiz dövlətlərindən birinə çevrilməsində mühüm rol oynayıb.

Hörmətli cənab Prezident, bu xoş fürsətdən istifadə edərək Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, ali dövləti fəaliyyətinizdə uğurlar, hər bir təşəbbüsünüzdə səmərəli nəticələr, qardaş Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.

Dərin hörmətlə,

Darxan KIDIRƏLİ
Beynəlxalq Türk
Akademiyasının prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında