Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

Biz Sizi ölkəmizin səmimi dostu kimi yaxşı tanıyırıq. Möhkəm dostluq və mehriban qonşuluq ənənələrinə əsaslanan Rusiya-Azərbaycan strateji tərəfdaşlığının inkişafına Sizin çox böyük şəxsi töhfənizi yüksək qiymətləndiririk. Əminəm ki, ölkələrimiz arasında çoxplanlı əməkdaşlıq nə qədər səmərəli olsa, Qafqaz regionunda həyat bir o qədər sabit və təhlükəsiz olacaq, biz birlikdə bir o qədər çox iqtisadi uğurlar qazanacağıq. Bu əlamətdar gündə mən həm də Azərbaycanın ümummilli lideri, müasir dövlətin əsasının formalaşması, Rusiya ilə Azərbaycan arasında ənənəvi dostluğun, mehriban qonşuluğun və qarşılıqlı faydalı əməkdaşlığın möhkəmlənməsi üçün çox işlər görmüş atanız Heydər Əliyevin xatirəsinə ehtiramımı bildirmək istəyirəm. Şübhəsiz ki, Siz dahi atanızın ənənələrini bundan sonra da şərəflə davam etdirərək Vətənin mənafeyi naminə öz vəzifə borcunuzu layiqincə yerinə yetirəcək, yeni, sanballı uğurlar qazanacaqsınız. Şəxsən mən aramızda yaranmış qarşılıqlı anlaşmanı və etimadı yüksək qiymətləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə, Sizin mehriban ailənizə və Sizin şəxsinizdə bütün əməksevər Azərbaycan xalqına səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq, uğurlar, sülh, tərəqqi arzulayır və yeni – 2018-ci ildə ən xoş diləklərimi çatdırıram.

Səmimi hörmətlə, Sizin

Leonid SLUTSKİ
Rusiya Federasiyası Dövlət Dumasının Beynəlxalq Məsələlər Komitəsinin sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında