Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və həmişəki coşqun fəaliyyətinizdə uğurlar arzulayırıq.

Türkdilli xalqların mədəniyyətinin və irsinin dünyada tanıdılması istiqamətində əldə olunmuş uğurlarda Sizin böyük xidmətiniz vardır. Sizin təşəbbüsünüzlə qurulan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun üzv dövlətlərinin xalqları arasındakı tarixi, mədəni və mənəvi bağlılığın güclənməsinə verdiyiniz töhfə türkdilli xalqların birliyi üçün yüksək əhəmiyyət kəsb edir. Cari ilin “İslam Həmrəyliyi ili” elan edilməsi və IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunması İslam ölkələri, o cümlədən fondun üzv ölkələri arasındakı dostluq və faydalı əməkdaşlıq əlaqələrinin daimi inkişafının göstəricisidir.

Əminik ki, bundan sonra da Sizin rəhbərliyiniz ilə həyata keçiriləcək məqsədyönlü daxili və xarici siyasət Türk dünyasının ayrılmaz hissəsi olan Azərbaycan Respublikasının sürətli inkişafına, tərəqqisinə, beynəlxalq aləmdəki nüfuzunun daha da artmasına, xalqın rifahının yüksəlməsinə xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Sizi qarşıdan gələn 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik.

Dərin hörmətlə,

Günay Əfəndiyeva
 Beynəlxalq Türk Mədəniyyəti və
İrsi Fondunun prezidenti 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında