Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

İcazə verin, şəxsən Sizə, ölkənizə və dost Azərbaycan Respublikasının xalqına ən səmimi salamlarımı və dərin ehtiramımı çatdırım.

Fürsətdən istifadə edərək, əvvəlcə Sizə beynəlxalq aləmdə xüsusi yeri olan, siyasi və hökumətlər səviyyəsində qərarların qəbul edilməsində uzunmüddətli tərəfdaş olan Nizami Gəncəvi Beynəlxalq Mərkəzin fəaliyyətinə görə öz ehtiramımı bildirirəm. Bunu nəzərə alaraq, 2018-ci il martın 15-dən 17-dək Azərbaycanın paytaxtı Bakı şəhərində Şərqi Avropa, Mərkəzi Asiya və Cənubi Qafqazda ən mötəbər forumlardan biri hesab edilən VI Qlobal Bakı Forumunda iştirakla bağlı Sizin dəvətinizi məmnunluqla qəbul edirəm.

Sizə doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırmaqdan böyük şərəf və məmnunluq duyuram. Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və həyatınızın bütün sahələrində Sizə və əzizlərinizə yüksək nailiyyətlər arzu edirəm.

Cənab Prezident, ən dərin ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Gyorge İVANOV
Makedoniya Respublikasının Prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında