Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm. Siz çoxmillətli Azərbaycanda və onun hüdudlarından kənarda böyük hörmət və nüfuz qazanmısınız. Sizin Vətəninizə sədaqətlə xidmət etməyiniz Azərbaycan Respublikasının möhkəmlənməsinə, onun beynəlxalq mövqeyinin güclənməsinə və ölkə əhalisinin rifahının yaxşılaşmasına şərait yaradır. Azərbaycan Respublikasının qazandığı parlaq uğurlar bütün dünyaya göstərir ki, Siz görkəmli dövlət xadimi, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini layiqincə davam etdirirsiniz.

İcazə verin, məni Azərbaycan Respublikasının yüksək dövlət təltifinə – “Dostluq” ordeninə layiq gördüyünüz üçün bu xoş fürsətdən istifadə edib Sizə bir daha dərin təşəkkürümü bildirim. Mən bunu Azərbaycan ilə Rusiya Federasiyası və onun tərkib hissəsi olan Dağıstan arasında dostluq əlaqələrinin inkişafına və əməkdaşlığa Sizin xüsusi diqqətinizin göstəricisi kimi dəyərləndirirəm. Bizim xalqlarımız arasında mehriban qonşuluq və qardaşlıq münasibətləri həmişə səmimiyyət və etimad kimi xüsusiyyətləri ilə fərqlənib və bu gün də belədir. Biz, dağıstanlılar bu münasibətləri yüksək qiymətləndiririk.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və firavanlıq, ali dövləti vəzifənizdə, Azərbaycan Respublikasının inkişafı naminə bütün işlərinizdə və təşəbbüslərinizdə yeni-yeni uğurlar arzulayıram.

Hörmətlə,

Xızrı ŞIXSƏİDOV
Rusiya Federasiyası Dağıstan Respublikası Xalq Məclisinin sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında