Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Bu xoş fürsətdən istifadə edərək, Sizə Həştərxan vilayəti ilə Azərbaycan arasında ən müxtəlif fəaliyyət sahələrində əməkdaşlığın inkişaf etdirilməsinə və möhkəmləndirilməsinə göstərdiyiniz daimi diqqət və qayğıya görə dərin minnətdarlığımı bildirirəm.

Bizim aramızda yaranmış
etimadı və qarşılıqlı anlaşmanı yüksək qiymətləndirirəm. Əminəm ki, sosial-iqtisadi layihələrin həyata keçirilməsi üzrə apardığımız birgə iş bizim vətəndaşlarımızın rifahı naminə uzunmüddətli strateji tərəfdaşlıq üçün möhkəm təməl olacaq.

Sizi doğum gününüz münasibətilə bir daha ürəkdən təbrik edirəm və Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün işlərinizdə yeni uğurlar və nailiyyətlər diləyirəm.

Hörmətlə,

Aleksandr JİLKİN
Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında