Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Sizi Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi Günü münasibətilə təbrik edirəm. Sizə ölkənizin və xalqınızın rifahı və inkişafı üçün ən xoş arzularımı çatdırıram.

Zati-alinizin səyahət və turizm sənayesinə şəxsi dəstəyi hökumətinizin Azərbaycanın davamlı sosial-iqtisadi inkişafı və qlobal miqyasda turizm sahəsində güclü brend kimi mövqe qazanması üçün bu sektora verdiyi önəmi göstərir. Sizə “Beynəlxalq inkişaf naminə davamlı Turizm ili-2017”yə Azərbaycanın verdiyi çox dəyərli dəstəyə görə minnətdarlığımı bildirirəm.

Bu səylərinizdə Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının davamlı dəstəyinə əmin olun. İnanıram ki, Azərbaycan və Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının möhtəşəm əlaqələri qarşıdan gələn illərdə də inkişaf edəcək.

Cənab Prezident, Sizi bir daha təbrik edirəm. Xahiş edirəm ən yüksək ehtiramımı qəbul edin.

Hörmətlə,

Taleb RİFAİ
Birləşmiş Millətlər Dünya Turizm Təşkilatının baş katibi

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında