Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

– Hörmətli Prezident Əliyev!

“Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı BP-nin rəhbərlik etdiyi konsorsium ilə SOCAR arasında imzalanmış müqavilənin yenilənməsi ilə əlaqədar Sizə səmimi təbriklərimi çatdırmaq istəyirəm.

Bu müqavilənin yenilənməsi növbəti onilliklər üçün Böyük Britaniya və Azərbaycan arasında mövcud olan dərin və xüsusi əməkdaşlığı daha da gücləndirəcəkdir.

“Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi ilə bağlı 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasından bəri Böyük Britaniya və xüsusilə də BP Azərbaycan iqtisadiyyatının uzunmüddətli inkişafında mühüm rol oynamışdır. Bu böyük sərmayə tarixdə ilk dəfə Azərbaycana tam suveren və müstəqil dövlət kimi, Xəzər dənizində özünün təbii sərvətlərindən tam şəkildə yararlanmağa imkan yaratmışdır.

2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tamamlanması Azərbaycan neftinin beynəlxalq bazarlara fasiləsiz surətdə təhlükəsiz nəqlinə imkan yaratmış növbəti mühüm hadisə olmuşdur. 

2020-ci ildə başa çatdırılması nəzərdə tutulan Cənub Qaz Dəhlizi Azərbaycanın Avropaya təbii qaz nəql edən mühüm ixracatçıya çevrilməsinin yekun mərhələsi olacaqdır. Həmin boru kəmərləri şəbəkəsinin enerji təhlükəsizliyinin təmin edilməsinə verəcəyi töhfə Böyük Britaniya tərəfindən alqışlanır.

Təəssüflər olsun ki, sentyabrın 14-də mən Bakıda “Azəri-Çıraq-Günəşli” neft yatağı ilə bağlı müqavilənin yenilənməsini Sizinlə bir yerdə qeyd edə bilməyəcəyəm. Bu mühüm uzunmüddətli sərmayə bizim enerji sahəsində strateji tərəfdaşlığımızı daha da möhkəmləndirməyə yardım edəcək və gələcək illərdə birgə firavanlığımıza töhfə verəcəkdir.

İmzalanma mərasimi ilə bağlı Sizə uğurlar diləyir və yaxın zamanda görüşmək imkanı əldə etməyə ümidvaram.

Hörmətlə,

Tereza MEY
Böyük Britaniyanın Baş naziri


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında