Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, əziz Qardaşım!

Qardaş ölkələrimiz - Azərbaycan ilə Mərakeş arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə Zati-alinizə böyük məmnuniyyətlə səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik diləyir, xalqınıza rəhbərliyiniz altında tərəqqi, sülh və firavanlıq arzu edirəm.

Bu xoş fürsətdən istifadə edərək, xalqlarımız arasındakı əməkdaşlığa və qardaşlıq münasibətlərinə böyük dəyər verdiyimi bildirmək istərdim. Mən, həmçinin ikitərəfli, regional və beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatında ümumi maraq doğuran bütün məsələlər üzrə məsləhətləşmələrimizdən və razılaşdırılmış tədbirlərimizdən də çox razıyam.

Bu baxımdan, Zati-aliləri, 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etmək barədə təşəbbüsünüz İslam dininə, tolerantlıq və bərabərhüquqlu dəyərlərə açıq-aydın dəstək verdiyinizi nümayiş etdirir və bunu yüksək qiymətləndirdiyimi bildirmək istəyirəm.

Mən xalqlarımızın istəklərinə nail olmaları, daha xoş və təhlükəsiz gələcəkləri, sülh və sabitlik, inkişaf, tərəqqi, birlik və həmrəylik içində yaşamaları üçün Zati-alinizlə bütün sahələrdə əməkdaşlığımızı gücləndirməkdə çox maraqlı olduğumu bildirmək istəyirəm.

Hörmətlə,

VI Mohammed
Mərakeşin Kralı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında