Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

 

Sizi Tacikistan Respublikası ilə Azərbaycan ­Respublikası arasında diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümü münasibətilə səmimi qəlbdən təbrik edirəm.

Məmnuniyyətlə qeyd etmək istəyirəm ki, ölkələrimiz arasında çoxəsrlik tarixi köklərə malik olan ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri bu illər ərzində daim möhkəmlənib, həm ikitərəfli, həm də çoxtərəfli əsasda səmərəli yüksəlişlə müşayiət olunub.

Biz Tacikistan–Azərbaycan əlaqələrinin yüksək səviyyəyə çatmasını qiymətləndiririk və ölkələrimizin müasir qarşılıqlı münasibətlərinin yeni praktiki məzmun kəsb etməsində maraqlıyıq.

Əmin olduğumu bildirirəm ki, xalqlarımızın və dövlətlərimizin köklü maraqlarına cavab verən Tacikistan–Azərbaycan qarşılıqlı əlaqələrinə ümumi səylərimizlə daha böyük səmərə və dinamizm verə bilərik.

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə uğurlar, dost Azərbaycan xalqına sülh, firavanlıq və daha böyük tərəqqi arzu edirəm.

 

Səmimiyyətlə,

Emoməli Rəhmon
Tacikistan Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında