Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Sizə və Sizin şəxsinizdə Azərbaycan Respublikasının Hökumətinə və xalqına milli bayramınız – Respublika Günü münasibətilə Keniya Hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi təbriklərimi çatdırmaq istərdim.

Bu əlamətdar bayram münasibətilə ölkələrimiz arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulamaq çox xoşdur. İkitərəfli əlaqələrimizin, xüsusilə təhsil, ticarət və iqtisadiyyat sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində göstərilən səyləri yüksək qiymətləndirirəm.

Arzum budur ki, xalqlarımızın qarşılıqlı mənafeyi naminə ölkələrimizin əməkdaşlığı daha da inkişaf etsin.

Bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, uzun ömür və Azərbaycan Respublikasının xalqına firavanlıq arzulayıram.

Zati-aliləri, Sizə ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Uhuru Kenyatta
Keniya Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında