Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu!

Milli bayramınız – Respublika Günü münasibətilə Sizə və Sizin şəxsinizdə qardaş Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırmaqdan son dərəcə məmnunam. 

Sizin rəhbərliyinizlə siyasi, iqtisadi və ictimai sahələrdə həyata keçirilən mühüm islahatlar, Azərbaycan Respublikasının tərəqqi və rifah yolunda daha da irəliləməsinə şərait yaratmaq üçün görülən vacib tədbirlər, həmçinin ölkənizin beynəlxalq arenada nüfuzunun artması Özbəkistanda bizə yaxşı məlumdur və bunu böyük məmnuniyyətlə qeyd edirik.

Bu yaxınlarda Ər-Riyadda apardığımız söhbətlər, habelə Azərbaycanda qarşıdakı rəsmi görüşlər, əlbəttə, münasibətlərimizin inkişafı üçün möhkəm təməl xarakteri daşıyacaq və əməkdaşlığımızın perspektivlərini genişləndirəcək.

Əminəm ki, ölkələrimiz arasında qarşılıqlı hörmət, etimad və bir-birimizin mənafelərini nəzərə almaq prinsiplərinə əsaslanan çoxtərəfli ənənəvi dostluq münasibətləri birgə səylərimizlə keyfiyyətcə yeni səviyyəyə qalxacaq. 

Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə səmimi qəlbdən möhkəm cansağlığı, firavanlıq və ali-dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına sülh və daha böyük tərəqqi arzu edirəm.

Dərin hörmətlə,

Şavkat Mirziyoyev
Özbəkistan Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında