Polşa Respublikası Prezidentinin vəzifəsini icra edən Polşa Respublikası Seyminin sədri zati-aliləri cənab Bronislav Komorovskiyə

Hörmətli cənab Bronislav Komorovski!
Polşa xalqına və bütün Avropa ailəsinə üz vermiş ağır itki - Polşa Respublikasının Prezidenti Lex Kaçinskinin və xanımı Mariya Kaçinskanın, Polşa Prezidenti Administrasiyasının məsul işçilərinin, Senat və Seym üzvlərinin, Polşa ordusunun yüksək rütbəli zabitlərinin təyyarə qəzasında faciəli surətdə həlak olması məni həddindən artıq sarsıtdı. Prezident Lex Kaçinskinin simasında dünya birliyi və polyak xalqı yüksək mənəvi keyfiyyətlərə malik insanı, bütün həyatını fədakarlıqla xalqına həsr etmiş böyük dövlət xadimi və siyasətçini itirdi. Bu dəhşətli qəza ilə bağlı mənim Polşa xalqına və həlak olanların ailə üzvlərinə və yaxınlarına dərin hüznlə başsağlığımı çatdırmağınızı xahiş edirəm.
Polşa ilə Azərbaycan arasında sıx dostluq və əməkdaşlığın qurulmasında Prezident Lex Kaçinskinin müstəsna xidmətləri olmuşdur. Biz həm qarşılıqlı səfərlər zamanı, həm də müxtəlif beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşmüş, ən müxtəlif məsələlər ətrafında müzakirələr aparmışdıq. O, Azərbaycan xalqının dostu olmaqla yanaşı, ölkəmizdə yaxşı tanınan və sevilən Avropa siyasətçilərindən biri idi. İki ölkə arasındakı münasibətlərin inkişafına verdiyi böyük töhfəyə görə Azərbaycanın ən ali mükafatına - "Heydər Əliyev" ordeninə layiq görülmüşdü.
Bu çətin anlarda qardaş Polşa xalqına səbir və dözüm diləyir, onun kədərinə şərik olduğumu bildirirəm. Polşa xalqının böyük oğlunun xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaqdır.

{nl}

İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 aprel 2010-cu il

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında