Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə (22.12.2011)

Hörmətli İlham Heydər oğlu!
İcazə verin Sizi əlli illik yubileyiniz münasibətilə ürəkdən təbrik edim.
Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş ardıcıl fəaliyyət xətti və Sizin məqsədyönlü, qurucu siyasətiniz sayəsində dövlət müstəqilliyinin möhkəmləndirilməsi, Azərbaycan xalqının rifahının artırılması, ölkənin beynəlxalq nüfuzunun yüksəldilməsi yolunda həqiqətən genişmiqyaslı sıçrayış etmiş qardaş Azərbaycanın uğurlarına Özbəkistanda ürəkdən sevinirlər.
Əminəm ki, çoxillik möhkəm dostluq, etimad və qarşılıqlı faydalı əməkdaşlıq telləri Sizin şəxsən iştirakınız və birgə səylərimiz hesabına bundan sonra da uğurla inkişaf edəcək, Özbəkistan və Azərbaycan xalqlarının rifahı naminə yeni məzmun qazanacaqdır.
Hörmətli İlham Heydər oğlu, bu xoş fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, ailə səadəti və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq arzu etmək istəyirəm.

{nl}

Dərin hörmətlə,
İslam KƏRİMOV Özbəkistan Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında