Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə (22.12.2011)

Hörmətli cənab Prezident!
Fürsətdən istifadə edərək, Çexiya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan Sizi bu əlamətdar gün, əlli illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.
Bu ilin may ayında ölkənizə dövlət səfərimi və 2009-cu ildə Praqada keçirilən "Şərq tərəfdaşlığı" Sammitində Sizin iştirakınızı böyük məmnuniyyətlə xatırlayıram.
Azərbaycan Respublikasına səfər mənim üçün bir sıra cəhətdən əlamətdar oldu. Belə ki, özünəməxsusluğu ilə seçilən Cənubi Qafqazla ilk tanışlığım, o cümlədən Bakı Slavyan Universitetində doğma çex dilimi öyrənən gənclərin say çoxluğu məni yaxşı mənada təəccübləndirdi. Bundan əlavə, müasir paytaxtınızda və Şəki şəhərinə səfərim zamanı məni misli görünməmiş qonaqpərvərliklə qəbul etdilər. Mən şadam ki, Şizin Çexiya Respublikasına növbəti səfəriniz zamanı ölkələrimiz arasında əlaqələrin gələcək inkişafına töhfə vermək imkanımız olacaqdır.
Sizə səmimi qəlbdən möhkəm cansağlığı, ailə həyatınızda və ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər arzu edirəm.

{nl}

Hörmətlə,
Vatslav KLAUS Çexiya Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında