Amerika Birləşmiş Ştatlarının Prezidenti zati-aliləri cənab Barak Obamaya

Hörmətli cənab Prezident !
Amerika Birləşmiş Ştatlarının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin hazırkı səviyyəsi məmnunluq doğurur. İstər ikitərəfli qaydada, istərsə də beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edərək getdikcə öz əhatə dairəsini genişləndirməkdədir.
Biz strateji əhəmiyyət kəsb edən enerji təhlükəsizliyinin təmin edilməsi, terrorizmə qarşı mübarizə sahəsində tərəfdaşlığımıza daim töhfə vermək əzmindəyik. Əminəm ki, həyata keçirdiyimiz irimiqyaslı iqtisadi layihələrin, demokratik, hüquqi dövlət quruculuğu xəttinin gerçəkləşməsi yolunda əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Birləşmiş Ştatların regionumuzda sülhün, sabitliyin bərqərar olmasında marağı bizim üçün çox əhəmiyyətlidir. Ölkəmizin ərazi bütövlüyünün pozulmasına, torpaqlarımızın işğalına və soydaşlarımızın doğma yurd-yuvasından didərgin düşməsinə səbəb olmuş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq ədalətli həlli sahəsində ATƏT-in Minsk qrupunun həmsədri kimi ölkənizin və şəxsən Sizin, cənab Prezident, səylərinizin tezliklə öz bəhrəsini verəcəyinə böyük ümidlər bəsləyirik. Belə bir əlamətdar gündə Sizə, cənab Prezident, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Amerika xalqına sülh və rifah diləyirəm.

{nl}

Hörmətlə,
İlham ƏLİYEV Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 25 iyun 2011-ci il


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında