Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə(4)

Cənab Prezident !
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə İspaniya Hökuməti və xalqı adından, həmçinin öz adımdan ən səmimi təbriklərimi çatdırmaq istərdim.
Cənab Prezident, Sizə cansağlığı, dost Azərbaycan xalqına sülh və rifah arzu edirəm.
Dərin hörmətlə,
Xuan KARLOS İspaniyanın Kralı

{nl}


Cənab Prezident !
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına çatdırdığım səmimi təbriklərə Kamboca Hökuməti və xalqı da qoşulur. Həmçinin Sizə cansağlığı, Azərbaycan xalqına rifah diləyir, ən xoş arzularımızı bildiririk.
Ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə də möhkəmlənəcəyinə inanıram.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Norodom SİAMONİ Kambocanın Kralı

{nl}


Hörmətli cənab Prezident !
Azərbaycan Demokratik Respublikasının yaranması gününün qeyd olunması münasibətilə Litva xalqı adından və öz adımdan səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizə qüvvət, müdriklik və daimi cansağlığı, ölkənizin xalqına rifah, sülh və əmin-amanlıq diləyir, ən xoş arzularımı çatdırıram.
Mayın əvvəlində apardığımız açıq və səmimi söhbəti xoş təəssüratla xatırlayaraq ölkənizi və bütün Qafqaz bölgəsini əhatə edən problemlərin sülh yolu ilə həll olunacağına tam əmin olduğumu bildirmək istərdim. Həmçinin qeyd etmək istərdim ki, Litva Avropa İttifaqının üzvü və ATƏT-in sədri kimi həmin prosesə yardım etmək üçün bütün mümkün olan səyləri göstərəcəkdir.
Mən inanıram ki, sülh danışıqları ölkənizin rifahının, xalqınızın firavanlığının artırılmasının və təmin edilməsinin yeganə yoludur. İnanıram ki, ənənələrin və müasir meyillərin ölkənizdə müşahidə etdiyim heyrətamiz vəhdəti bölgədə digər ölkələr üçün iqtisadi, siyasi və sosial inkişaf nümunəsi olacaqdır.
Fürsətdən istifadə edərək, Sizə Bakıya səfərim zamanı mənə göstərdiyiniz yüksək qonaqpərvərliyə görə minnətdarlığımı bildirmək istərdim. Bir daha Sizi milli bayramınız münasibətilə təbrik edirəm.
Cənab Prezident, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Dalya QRİBAUSKAYTE Litva Respublikasının Prezidenti

{nl}

İcazə verin, milli bayramınız münasibətilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı adından və öz adımdan Sizə cansağlığı, xoşbəxtlik, ölkənizin xalqına sülh və tərəqqi arzu edim.

{nl}

Ən yüksək ehtiramla,
Jak DİUF BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında