Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə (3)

Zati-aliləri!
Sizi və bütün qardaş Azərbaycan xalqını ən mühüm hadisə, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Fərəhlə qeyd edirəm ki, Gürcüstan ilə Azərbaycan arasında tarixən formalaşmış müstəsna ikitərəfli münasibətlər və konstruktiv əməkdaşlıq qarşılıqlı anlaşmaya, ümumi dəyərlərə və müştərək amallara əsaslanır.
Əminəm ki, Gürcüstan ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlıq ölkələrimizin və xalqlarımızın rifahı naminə bundan sonra da səmərəli inkişaf edəcəkdir.
Fürsətdən istifadə edib Sizə dərin ehtiramımı bildirir və ali dövləti fəaliyyətinizdə uğurlar, qardaş Azərbaycan xalqına isə xoşbəxtlik və firavanlıq diləyirəm.
Səmimiyyətlə, Sizin
Mixeil SAAKAŞVİLİ Gürcüstanın Prezidenti

{nl}


Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına tərəqqi diləyir, ən xoş arzularımı bildirirəm.
Karl QUSTAV İsveçin Kralı

{nl}


Zati-aliləri!
Milli bayramınız - Respublika Gününün qeyd edilməsi münasibətilə Zati-alinizə təbriklərimi çatdırmaq, Sizə cansağlığı, Azərbaycan xalqına xoşbəxt gələcək diləmək və ən xoş arzularımı bildirmək istərdim.
Anri Lüksemburqun Böyük Hersoqu

{nl}


Zati-aliləri!
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına ən səmimi təbriklərimi çatdırıram.
Bir neçə gün əvvəl Bakıda keçirdiyimiz səmimi görüşü, açıq və səmərəli müzakirəni xatırlayaraq Sizi bir daha əmin etmək istərdim ki, Çexiya Respublikası ölkələrimiz arasında ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlıdır.
Çexiya Respublikası Azərbaycanı olduqca vacib tərəfdaş hesab edir, ölkələrimiz arasında iqtisadi və siyasi əlaqələrin gələcək inkişafı ilə yanaşı, qarşılıqlı əlverişli münasibətlərin və siyasi dialoqun uğurla davam etdirilməsini istəyir. Mən əminəm ki, ölkələrimiz və xalqlarımız arasında səmərəli əməkdaşlıq üçün gələcəkdə daha çox imkanlar olacaqdır.
Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Vatslav KLAUS Çexiya Respublikasının Prezidenti

{nl}


Zati-aliləri!
İcazə verin, Sloveniya xalqı adından və öz adımdan Azərbaycan Respublikasının Milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edim, ölkənizə hərtərəfli inkişaf və rifah arzu edim.
Bu münasibətlə 2011-ci il iyun ayının 9-10-da Sloveniya Respublikasına rəsmi səfərinizi səbirsizliklə gözlədiyimi də qeyd etmək istərdim. İcazə verin, Sloveniyada olacağınız dövrdə aparacağımız danışıqların ölkələrimiz arasında dostluq və əməkdaşlıq əlaqələrinin genişləndirilməsinə imkan yaradacağına əmin olduğumu bildirim. Sloveniya Respublikası və Azərbaycan Respublikası arasında möhkəmlənən əlaqələr bütün sahələrdə qarşılıqlı münasibətlərin inkişaf etdirilməsinə və genişləndirilməsinə, beləliklə də dünyada sülhün, sabitliyin və anlaşmanın möhkəmləndirilməsinə şərait yaradacaqdır.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Danilo TÜRK Sloveniya Respublikasının Prezidenti

{nl}


Zati-aliləri,
Əs-səlamu aleykum va rəhmətullahi va bərəkatuhu.
Ölkənizin Milli bayramı - Respublika Günü münasibətilə Sizə, hökumətinizə və xalqınıza ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan olduqca məmnunam.
Ölkələrimiz arasındakı mövcud dostluqdan razıyam, beynəlxalq sahədə ikitərəfli əlaqələrimizin və əməkdaşlığımızın möhkəmləndirilməsi işini davam etdirməyi səbirsizliklə gözləyirəm.
Ən xoş arzularla,
Həssənal BOLKİAH Bruneyin Sultanı

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında