Zati-aliləri !
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü kimi gözəl münasibətlə Zati-alinizə, Sizin şəxsinizdə Azərbaycan Respublikasının xalqına və hökumətinə öz adımdan, Şri-Lanka Hökuməti və xalqı adından səmimi arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.
Əminəm ki, ölkələrimiz arasında mövcud olan dostluq münasibətləri və sıx əməkdaşlıq xalqlarımızın qarşılıqlı rifahı naminə gələcək illərdə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Zati-aliləri, ən xoş arzularla Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasının xalqına isə davamlı tərəqqi və rifah diləyirəm.
Mahinda RACAPAKSA Şri-Lanka Demokratik Sosialist Respublikasının Prezidenti
{nl}
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə zati-alinizi səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi keçirirəm. Sizə möhkəm cansağlığı və səadət, qardaş Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək zati-alinizə bildirirəm ki, yeni Tunis qardaş Azərbaycanla dostluq və əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirmək əzmindədir.
Fuad ƏL-MEBAZAA Tunis Respublikasının Prezidenti vəzifəsini müvəqqəti icra edən
{nl}
Zati-aliləri !
Azərbaycan Respublikasının 2011-ci il mayın 28-də qeyd etdiyi milli bayramı - Respublika Günü kimi xoş münasibətlə zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına ən səmimi salamlarıma və təbriklərimə Cənubi Afrika Respublikasının Hökuməti və xalqı da qoşulur.
Fürsətdən istifadə edərək zati-alinizə möhkəm cansağlığı arzulayır, ölkələrimiz arasında mövcud olan sıx dostluq əlaqələrini daha da inkişaf etdirmək və möhkəmləndirmək istədiyimizi bir daha bildirirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
{nl}
Cakob ZUMA Cənubi Afrika Respublikasının Prezidenti
{nl}
Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından və şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə ən səmimi salamlarımı və xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram.
Məhəmməd bin Rəşid AL MƏKTUM Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və Baş naziri, Dubayın Hökmdarı
{nl}
Hörmətli İlham Heydər oğlu !
Sizi və bütün Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Dost Azərbaycan xalqı dövlət quruculuğu, elmin, mədəniyyətin, incəsənətin, ədəbiyyatın inkişafı sahəsində çoxəsrlik ənənələrə malikdir. Azərbaycan şairlərinin, yazıçılarının, bəstəkarlarının, rəssamlarının əsərləri bütün Qafqazın sərvətinə çevrilmişdir. Respublikanın müasir tarixi iqtisadiyyatın yüksək sürətlə inkişaf etməsi, dövlətin beynəlxalq nüfuzunun möhkəmlənməsi, demokratik islahatlar yolunda irəliləyişlə səciyyəvidir. Ölkəmiz - Rusiya ilə Azərbaycan arasında siyasi və iqtisadi münasibətlərin möhkəmlənməsini müşahidə etmək bizə xüsusilə xoşdur. Qəti əminəm ki, bu proses çərçivəsində Azərbaycan Respublikasının və Rusiya Federasiyasının Çeçenistan Respublikasının işgüzar dairələri arasında qarşılıqlı faydalı əməkdaşlığın böyük gələcəyi vardır. Biz Rusiya Federasiyasının qanunlarına uyğun olaraq Azərbaycan şirkətlərinin bizim respublikada perspektivli layihələrə sərmayə qoyması üçün əlverişli şərait yaratmağa hazırıq. Mən Bakıda Sizinlə görüşlərimi çox səmimi hisslərlə xatırlayıram. Ümid edirəm ki, yaxın gələcəkdə bu görüşlər davam edəcəkdir. Fürsətdən istifadə edib Sizin Rusiyaya növbəti səfəriniz çərçivəsində Çeçenistan Respublikasına gəlmək barədə əvvəl Sizə etdiyim dəvəti bir daha təsdiqləmək istəyirəm. Çeçenistan Respublikasının xalqı Sizi ən şərəfli və hörmətli qonaqlardan biri kimi qarşılayacaqdır.
Sizə və ailənizin üzvlərinə cansağlığı və firavanlıq, Azərbaycan Respublikasına sülh və tərəqqi diləyirəm.
Hörmətlə,
Ramzan KADIROV Rusiya Federasiyası Çeçenistan Respublikasının rəhbəri
{nl}
Zati-aliləri cənab Prezident !
Monqol xalqı adından və şəxsən öz adımdan Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Qəti əminəm ki, ölkələrimiz arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri bundan sonra da monqol və Azərbaycan xalqlarının rifahı naminə genişlənəcək və inkişaf edəcəkdir.
Zati-aliləri cənab Prezident, Sizə möhkəm cansağlığı və işinizdə uğurlar, dost Azərbaycan xalqına isə tərəqqi və firavanlıq diləyirəm.
Dərin hörmətlə,
Saxiaqiyn ELBEQDORJ Monqolustanın Prezidenti
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
{nl}
Çox hörmətli İlham Heydər oğlu !
Sizi milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm!
Sizə cansağlığı və ali dövləti vəzifədə daha səmərəli fəaliyyət, Azərbaycan xalqına isə əmin-amanlıq və firavanlıq diləyirəm.
Fürsətdən istifadə edərək Moskva vilayəti ilə Azərbaycan Respublikası arasında qarşılıqlı faydalı hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğumuzu təsdiqləyirəm.
{nl}
Hörmətlə,
Boris QROMOV Moskva vilayətinin qubernatoru
{nl}
Hörmətli İlham Heydər oğlu !
Sizi və bütün Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə ürəkdən təbrik edirəm.
Bu gün dünyada çox yüksək elmi və texnoloji potensiala malik olan azad və demokratik dövlət kimi ilbəil möhkəmlənən Azərbaycanın müstəqillik dönəmində qazandığı hər bir uğura görə biz haqlı olaraq fəxr edirik.
Hörmətli İlham Heydər oğlu, Siz əsası Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuş ənənələrin layiqli davamçısı kimi Azərbaycan ilə Dağıstan arasında dostluğun və əməkdaşlığın möhkəmlənməsinə çox böyük töhfə verirsiniz.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.
{nl}
Səmimi hörmətlə,
Qurban QURBANOV Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd Rayon Administrasiyasının başçısı
{nl}
Çox hörmətli Prezident !
Zati-alinizi böyük məmnuniyyətlə Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı və xoşbəxtlik, dost xalqınıza isə daha yüksək tərəqqi və rifah arzulayıram.
{nl}
Böyük hörmət və ehtiramla,
Məhəmməd Hüseyn TANTAVİ Misir Ərəb Respublikası Silahlı Qüvvələrinin Ali Şurasının Sədri
{nl}
Hörmətli İlham Heydər oğlu !
Çoxmillətli Dağıstan xalqı adından və şəxsən öz adımdan Sizi və bütün Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Dağıstan və Azərbaycan xalqlarımızın zəngin mədəni və qarşılıqlı sosial-iqtisadi əlaqələri təcrübəsinə, xalqlarımızın tarixi talelərinin ümumiliyinə, onların qarşılıqlı etimadına əsaslanan, tarixən formalaşmış möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bağlıdırlar.
Bu gün Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında strateji tərəfdaşlığın inkişafı regionda sabitliyin və təhlükəsizliyin mühüm amili, xalqlarımızın rifahı naminə Dağıstan ilə Azərbaycan arasında qarşılıqlı faydalı və hərtərəfli əməkdaşlığın əsasıdır. Əminəm ki, biz bundan sonra da Dağıstan-Azərbaycan dostluğunun və əməkdaşlığının möhkəmlənməsi naminə səylərimizi artıracağıq.
Hörmətli İlham Heydər oğlu, bu əlamətdar gündə Sizə möhkəm cansağlığı və işlərinizdə uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.
{nl}
Maqomedsalam MAQOMEDOV Rusiya Federasiyası Dağıstan Respublikasının Prezidenti
{nl}
Zati-aliləri !
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə İslam İnkişaf Bankı Qrupu adından zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.
Bu əlamətdar bayram münasibətilə Allah-Təaladan ölkənizə davamlı tərəqqi və rifah diləyirəm.
Təsisatınız - İslam İnkişaf Bankı Azərbaycan Respublikasından aldığı böyük dəstəyi yüksək dəyərləndirir.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Doktor Əhməd MƏHƏMMƏD ƏLİ İslam İnkişaf Bankı Qrupunun Prezidenti
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.