Zati-aliləri cənab Prezident !
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə zati-alinizə səmimi təbriklərimi çatdırır, ən xoş arzularla Sizə xoşbəxtlik, ölkənizin xalqına rifah diləyirəm.
AKİHİTO Yaponiyanın İmperatoru
{nl}
Zati-aliləri !
Milli bayramınız - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına ən səmimi təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Üzləşdiyimiz problemlər bu gün milli hüdudları həmişəkindən daha çox aşmaqdadır. Bu mürəkkəb və bir-biri ilə əlaqəli çağırışların həlli variantlarının tapılması və həyata keçirilməsi səbir, qətiyyət və əməkdaşlıq - səmərəli və kollektiv qlobal tədbirlər görülməsini tələb edir.
Qətiyyətlə hesab edirəm ki, Birləşmiş Millətlər Təşkilatı sürətlə dəyişən dünyaya uyğunlaşmalı, apardığımız işin inkişaf, sülh və təhlükəsizlik, insan hüquqları kimi üç əsas istiqamətində real və təsirli nəticələr əldə etməlidir.
Mən ruh yüksəkliyi ilə bildirirəm ki, hamı üçün davamlı, təhlükəsiz və ədalətli dünyanı qurmaq istiqamətində göstərdiyimiz səylərdə Azərbaycan öndə olacaq, onun sadiqliyinə və dəstəyinə arxalana biləcəyəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Pan Gi MUN Birləşmiş Millətlər Təşkilatının baş katibi
{nl}
Zati-aliləri !
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə bolqar xalqı adından və şəxsən öz adımdan səmimi təbriklərimizi, bizə dost olan ölkənizin rifahı və firavanlığı barədə səmimi arzularımızı qəbul edin.
Bu xoş fürsətdən istifadə edərək, əmin olduğumu bildirmək istərdim ki, Bolqarıstan ilə Azərbaycan arasında dostluğa və qarşılıqlı etimada əsaslanan ənənəvi münasibətlər, fəal əməkdaşlıq ölkələrimizin və xalqlarımızın mənafeyi naminə daha da möhkəmlənəcək və genişlənəcəkdir.
Bir daha təsdiqləmək istərdim ki, Bolqarıstan Respublikası Azərbaycanın Avropaya inteqrasiyası səylərini dəstəkləyir, mənim ölkəm bundan sonra da Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında münasibətlərin daha da fəallaşmasına kömək etmək arzusundadır və buna hazırdır.
Hörmətli cənab Prezident, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və Azərbaycan xalqının rifahı naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyir, Sizə dərin ehtiramımı bildirirəm.
Georgi PIRVANOV Bolqarıstan Respublikasının Prezidenti
{nl}
Hörmətli Prezident !
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə böyük məmnuniyyətlə Sizə, hökumətinizə və Azərbaycan xalqına İsveçrə Federal Şurasının səmimi təbriklərini çatdırır, ölkənizə qarşıdakı illərdə rifah və firavanlıq arzu edirəm.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasında mövcud dostluq və əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişlənəcəyinə əmin olduğumu bildirirəm.
Mişelin KALMİ-REY İsveçrə Konfederasiyasının Prezidenti
{nl}
Hörmətli İlham Heydər oğlu !
Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Bu gün Azərbaycan Respublikasının həyata keçirdiyi uğurlu daxili və xarici siyasət sayəsində onun beynəlxalq nüfuzu möhkəmlənməkdə davam edir, ölkədə genişmiqyaslı sosial-iqtisadi layihələr həyata keçirilir, Azərbaycan xalqının maddi rifah səviyyəsi yüksəlir.
Dövlətlərimiz arasında dostluğun və əməkdaşlığın inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndirərək əmin olduğumu bildirmək istərdim ki, Ukrayna-Azərbaycan münasibətləri bundan sonra da strateji tərəfdaşlıq ruhunda, qarşılıqlı etimad və dəstək prinsipləri əsasında dərinləşəcəkdir.
Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və ali dövləti fəaliyyətinizdə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq arzulayıram.
Hörmətlə,
Viktor YANUKOVİÇ Ukraynanın Prezidenti
{nl}
Hörmətli İlham Heydər oğlu !
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin. Azərbaycan Respublikası suverenlik illərində əsl müstəqillik əldə etmiş, iqtisadi və sosial inkişafda mühüm uğurlar qazanmış, beynəlxalq aləmdə mövqelərini xeyli möhkəmlətmişdir.
Dövlətlərimiz arasında münasibətlər qarşılıqlı hörmət və tərəfdaşlıq əsasında intensiv inkişaf edir. Əminəm ki, Belarus-Azərbaycan əməkdaşlığı bundan sonra da dinamizmini qoruyub saxlayacaq, daha da möhkəmlənəcək, fəal və səmərəli olacaqdır.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və ali dövləti vəzifənizdə yeni zəfərlər, Azərbaycan xalqına isə sülh, xoş güzəran və firavanlıq diləyirəm.
Hörmətlə,
Aleksandr LUKAŞENKO Belarus Respublikasının Prezidenti
{nl}
Hörmətli İlham Heydər oğlu !
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə Türkmənistan xalqı və hökuməti adından, habelə şəxsən öz adımdan Sizə və Sizin şəxsinizdə ölkənizin dost xalqına səmimi təbriklərimizi çatdırmaqdan çox məmnunam.
Qəti əmin olduğumu bildirirəm ki, ölkələrimiz arasında qarşılıqlı dostluq münasibətləri Türkmənistan və Azərbaycan xalqlarının rifahı naminə bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.
Fürsətdən istifadə edib Sizə səmimi-qəlbdən möhkəm cansağlığı və bol-bol həyat enerjisi, dost Azərbaycan xalqına isə sülh, tərəqqi və firavanlıq diləyirəm.
Hörmətlə,
Qurbanqulı BERDİMƏHƏMMƏDOV Türkmənistanın Prezidenti
{nl}
Zati-aliləri !
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Fərəhlə qeyd edirəm ki, bu gün Azərbaycan ölkənin demokratik dəyişikliklərində, siyasi, sosial və iqtisadi islahatların həyata keçirilməsində və beynəlxalq aləmdə öz rolunun möhkəmlənməsində sanballı uğurlar qazanmış, dinamik inkişaf edən dövlətdir.
Qəti əmin olduğumu bildirirəm ki, Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında ənənəvi dostluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri ölkələrimizin xalqlarının rifahı naminə bundan sonra da möhkəmlənəcək və inkişaf edəcəkdir.
Sizə və Sizin şəxsinizdə bütün Azərbaycan xalqına sülh, əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,
Marian LUPU Moldova Respublikası Prezidentinin vəzifəsini icra edən
{nl}
Zati-aliləri !
Azərbaycan Respublikasının milli bayramı-28 May - Respublika Günü münasibətilə Bosniya və Herseqovinanın Rəyasət Heyəti adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi çatdırır, ölkənizə davamlı rifah arzulayıram.
Fürsətdən istifadə edərək Bosniya və Herseqovina ilə Azərbaycan Respublikası arasında dostluq münasibətlərinin xalqlarımızın rifahı və firavanlığı naminə bundan sonra da inkişaf edəcəyinə əminliyimi və inamımı bildirirəm.
Zati-aliləri, ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm.
Neboyşa RADMANOVİÇ Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri
{nl}
Birləşmiş Ərəb Əmirliklərinin xalqı və hökuməti adından və şəxsən öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə ən səmimi salamlarımı və xoş təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Zati-alinizə xoşbəxtlik və ölkənizin qardaş xalqına bol firavanlıq arzulayıram.
Yüksək hörmət və ehtiramla,
Xəlifə bin Zayid Al NƏHƏYAN Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti
{nl}
Zati-aliləri, əziz qardaşım !
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Azərbaycan Respublikası milli bayramı - Respublika Gününü qeyd etdiyi bir vaxtda zati-alinizə ən səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan, Sizə möhkəm cansağlığı və xoşbəxtlik, xalqınıza isə daha yüksək tərəqqi və rifah diləməkdən olduqca məmnunam.
Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, xalqlarımızı birləşdirən qardaş İslam əlaqələrini yüksək dəyərləndirir, ölkələrimiz arasında əməkdaşlıq və həmrəyliyi alqışlayıram. Əlaqələrimizin genişləndirilməsi, xalqlarımızın və müsəlman ümmətinin arzularının gerçəkləşməsi məqsədi ilə zati-alinizlə birgə işimizin davam etdirilməsini səmimi-qəlbdən arzulayıram.
Səmimiyyətlə Sizin,
VI MƏHƏMMƏD Mərakeşin Kralı
{nl}
Zati-aliləri,
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü kimi gözəl münasibətlə zati-alinizə ən səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan olduqca məmnunam.
Səmimiyyətlə ümid edirəm ki, qardaş ölkələrimiz arasında mövcud əlaqələr gələcəkdə daha da möhkəmlənəcəkdir.
Zati-alinizə möhkəm cansağlığı, uzun ömür və şəxsi rifah arzulayıram.
Zillur RƏHMAN Banqladeş Xalq Respublikasının Prezidenti
{nl}
Zati-aliləri !
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə səmimi təbriklərimi və ən xoş arzularımı çatdırır, Sizə xoşbəxtlik və rifah, Azərbaycan Respublikası və onun xalqına tərəqqi və firavanlıq diləyirəm.
BHUMİBOL Tailand Kralı
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.