Hörmətli cənab Prezident!
Milli bayramınız - Respublika Günü münasibətilə Sizin ölkənizə və Azərbaycan xalqına firavanlıq arzulayıram.
Azərbaycan Cənubi Qafqazda Polşanın çox vacib tərəfdaşıdır, iki dövlətin hökumətləri arasındakı fəal dialoq və artan iqtisadi mübadilə buna sübutdur. Həmçinin hər iki tərəf üçün faydalı olan enerji layihələrinin üzərində işlərin davam etdirilməsinə ümid edirik. Polşa üçün mühüm olan Avropa İttifaqında sədrliyimiz zamanı şəxsən Azərbaycana səfər edə biləcəyimə görə şadam.
Sizi əmin etmək istərdim ki, Polşa Azərbaycanda siyasi və iqtisadi islahatlar prosesini dəstəkləyir, həmçinin Avropaya inteqrasiya məsələləri ilə bağlı öz təcrübəsini bölüşməyə hazırdır. Azərbaycanı Avropa İttifaqı ilə əlaqələrin sıxlaşması naminə səy göstərməyə, xüsusən də Şərq tərəfdaşlığı çərçivəsində fəal əməkdaşlığa çağırıram.
Mən bir daha Sizə və Azərbaycan xalqına ürəkdən xoşbəxtlik və əmin-amanlıq arzulayıram.
Dərin hörmətlə,
{nl}
Bronislav KOMOROVSKİ Polşa Respublikasının Prezidenti
{nl}
{nl}
Zati-aliləri, cənab Prezident!
Macarıstan Respublikasının xalqı adından, həmçinin öz adımdan Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik etmək və ən xoş arzularımı bildirmək istərdim.
Macarıstan Cənubi Qafqazda sabit və təhlükəsiz mühit yaratmaq, həmçinin Avropa və Avratlantik strukturlarına yaxın olmaq üçün ölkəniz tərəfindən göstərilən səyləri böyük maraq və rəğbətlə izləyir.
Macarıstan Azərbaycan ilə ikitərəfli münasibətləri inkişaf etdirmək, bütün sahələrdə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək niyyətindədir.Hörmətli cənab Prezident, fürsətdən istifadə edib Sizə dərin ehtiramımı bildirirəm.
{nl}
Pal ŞMİTT, Macarıstan Respublikasının Prezidenti
{nl}
Hörmətli İlham Heydər oğlu!
Sizi Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
Qazaxıstan ilə Azərbaycan arasındakı qardaşlıq və dostluq əlaqələrini nəzərə alaraq ikitərəfli münasibətləri daha da inkişaf etdirməyə böyük potensialın olduğuna, həmçinin iki ölkənin inam və qarşılıqlı anlayışa əsaslanan tərəfdaşlığının gələcəkdə xalqlarımızın mənafeyi üçün intensiv inkişaf edəcəyinə tam əminəm.
Bu fürsətdən istifadə edərək, hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, işlərinizdə uğur, bütün təşəbbüslərinizdə müvəffəqiyyət, dost və qardaş Azərbaycan xalqına isə sülh və tərəqqi arzu edirəm.
{nl}
Hörmətlə,
Nursultan NAZARBAYEV Qazaxıstan Respublikasının Prezidenti
{nl}
Hörmətli İlham Heydər oğlu!
İcazə verin, Sizi və Sizin şəxsinizdə dost Azərbaycan xalqını milli bayram - Respublika Günü münasibətilə təbrik edim.
Azərbaycanın ictimai-siyasi həyatda sanballı uğurlarını, ölkənizin mühüm iqtisadi, resurs və insan potensialının fəal reallaşdırılmasını, onun beynəlxalq aləmdə artan nüfuzunun tərəqqi və firavanlıq yolu ilə irəliləyişi davam etdirməyə imkan yaratmasını Özbəkistanda böyük məmnuniyyətlə qeyd edirlər.
Əminəm ki, Özbəkistan ilə Azərbaycan arasında yaranmış möhkəm etimad və qarşılıqlı anlaşma münasibətləri, çoxşaxəli əməkdaşlıq bundan sonra da xalqlarımızın mənafeyi naminə ardıcıl inkişaf etdiriləcəkdir.
Hörmətli İlham Heydər oğlu, fürsətdən istifadə edib Sizə möhkəm cansağlığı, xoşbəxtlik, Sizin ali dövləti fəaliyyətinizdə hər cür uğurlar, Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
{nl}
Hörmətlə,
İslam KƏRİMOV Özbəkistan Respublikasının Prezidenti
{nl}
Hörmətli İlham Heydər oğlu!
Respublika Günü münasibətilə Qırğızıstan xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimizi qəbul edin.
Qırğızıstan Respublikası ilə Azərbaycan Respublikası arasında çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə və dərinləşdirilməsinə Qırğızıstanda böyük əhəmiyyət verilir.
Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, əmin-amanlıq və yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və firavanlıq diləyirəm.
{nl}
Səmimiyyətlə,
Roza OTUNBAYEVA Qırğızıstan Respublikasının Prezidenti
{nl}
Ölkənizin milli bayramı - 28 May Respublika Günü münasibətilə zati-alinizə öz adımdan və İrlandiya xalqı adından səmimi təbriklərimi çatdırır və ən xoş arzularımı bildirirəm.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına səadət və tərəqqi arzulayıram.
{nl}
xanım Meri MAKALİS İrlandiyanın Prezidenti
{nl}
Çox hörmətli Prezident!
İcazə verin, ölkənizin milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə təbriklərimi bildirim və Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırım.
{nl}
BEATRİKS Niderlandın Kraliçası
{nl}
Zati-aliləri!
Respublika Günü münasibətilə Sizi səmimi-qəlbdən təbrik edir, şəxsən Sizə və Azərbaycan xalqına xoş arzularımı bildirir və firavanlıq arzu edirəm.
{nl}
V HARALD Norveçin Kralı
{nl}
Zati-aliləri!
Qətər Dövlətinin xalqı adından və öz adımdan ölkənizin milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə və Azərbaycan Respublikasının xalqına ən səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, qardaş Azərbaycan xalqına davamlı tərəqqi və rifah arzu edirəm. İnanıram ki, ölkələrimiz arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri qarşıdakı illərdə daha da möhkəmlənəcəkdir.
{nl}
Ən yüksək ehtiramla,
Həməd bin Xəlifə Al Tani Qətər Dövlətinin Əmiri
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Möhtərəm Prezident!
Azərbaycan Respublikasının milli bayramını - Respublika Gününü qeyd etməyə hazırlaşdığı bir vaxtda Sizi Əlcəzair xalqı və hökuməti adından, şəxsən öz adımdan səmimi-qəlbdən təbrik etməkdən böyük məmnunluq hissi duyuram. Zati-alinizə möhkəm cansağlığı və uğurlar, dost Azərbaycan xalqına tərəqqi və firavanlıq arzulayıram.
Fürsətdən istifadə edərək, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi naminə Sizinlə birlikdə fəaliyyət göstərmək əzmində olduğumu bildirirəm. Əminəm ki, bundan xalqlarımız daha çox faydalanacaqdır.
Möhtərəm Prezident, səmimi təbriklərimi qəbul etməyinizi rica edirəm.
{nl}
Əbdüləziz BUTEFLİKA Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə cansağlığı, Azərbaycan xalqına isə tərəqqi və rifah arzulayıram.
{nl}
Anibal Kavaku SİLVA Portuqaliya Respublikasının Prezidenti
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Heydər oğlu Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə, Azərbaycan Hökumətinə və xalqına şəxsən öz adımdan, eləcə də Avstraliya Hökuməti və xalqı adından ən xoş arzularımızı çatdırıram.
Avstraliya və Azərbaycan səmimi ikitərəfli münasibətlərə, beynəlxalq sülh və təhlükəsizlik məsələlərində bir sıra ümumi yanaşmalara malikdirlər. Mən beynəlxalq arenada, o cümlədən BMT çərçivəsində Avstraliya ilə Azərbaycan arasındakı mövcud əməkdaşlıq münasibətlərindən razıyam.
Avstraliya Hökuməti qətiyyətlə inanır ki, iqlim dəyişikliyi, beynəlxalq inkişaf və tərksilah kimi qlobal çağırışlar daha geniş qlobal çözüm tələb edir. Çoxtərəfli təsisatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı bu çağırışlara kollektiv cavab vermək üçün ən yaxşı vasitədir. Avstraliya Hökuməti qarşıdakı ildə Azərbaycan ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda işləməkdə qətiyyətlidir.
Mən Azərbaycanın Əfqanıstandakı Təhlükəsizliyə Yardım Qüvvələri missiyasına, o cümlədən təlim və yenidənqurma işlərinə davamlı siyasi və praktiki dəstəyini təqdir edirəm.
Bizim güclü iqtisadiyyatlarımız arasındakı ticarət və investisiya əlaqələrinin orta səviyyədə olduğu bir vaxtda, ümid edirəm ki, özəl sektor və hökumət nümayəndələri iqtisadi münasibətlərin dirçəlməsi üçün gələcək illərdə birlikdə işləyəcəklər. Mən, həmçinin təkmilləşdirilmiş təhsil mübadiləsi vasitəsilə xalqlar arasında daha möhkəm əlaqələrə ümid bəsləyirəm.
İcazə verin, iki ölkə arasındakı dostluq münasibətlərinin gələcək illərdə daha da inkişaf edəcəyinə əminliyimi ifadə edim.
{nl}
Səmimiyyətlə,
xanım Kventin BRYUS Avstraliya İttifaqının General-Qubernatoru
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycanın milli bayramı - 28 May - Respublika Günü münasibətilə Sizə və Azərbaycan xalqına Sinqapur xalqı adından səmimi təbriklərimi, davamlı sülh, inkişaf və rifah arzularımı çatdırıram.
{nl}
Hörmətlə,
Sellapan Rama NATAN Sinqapur Respublikasının Prezidenti
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə və Azərbaycan xalqına bildirdiyim ən xoş arzulara və ən səmimi təbriklərə ölkəmizin birinci xanımı da qoşulur.
Fürsətdən istifadə edərək, Azərbaycan xalqına tərəqqi və rifah, Sizə cansağlığı və müvəffəqiyyətlər arzu edirik.
{nl}
Tuanku Mizan Zeynal Abidin İbn Əl-Mərhum Sultan Mahmud Əl-Muktəfi Billah Şah Malayziyanın Ali Rəhbəri
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizi ürəkdən təbrik edir və ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmlənəcəyinə əmin olduğumu təsdiqləyirəm.
Sizə ən yüksək ehtiramımı bildirirəm.
{nl}
Raul Kastro RUS Kuba Respublikası Dövlət Şurasının və Nazirlər Şurasının Sədri
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.
Ölkələrimiz arasındakı mövcud ikitərəfli əlaqələri zənginləşdirən dialoqu və anlaşmanı gələcəkdə də davam etdirəcəyimizə əminəm.
Fürsətdən istifadə edərək, Sizə ən dərin hörmətimi və ən yüksək ehtiramımı bildirirəm.
{nl}
Felipe Kalderon İNOXOSA Meksika Birləşmiş Ştatlarının Prezidenti
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Öz adımdan və Livan xalqı adından ölkənizin milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə səmimi təbriklərimi çatdırır, Sizə xoşbəxtlik və uğurlar, Azərbaycan xalqına isə firavanlıq arzulayıram.
{nl}
General Mişel SÜLEYMAN Livan Respublikasının Prezidenti
{nl}
. Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
İcazə verin, Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edim.
Fürsətdən istifadə edib iki ölkə arasında dostluq və əməkdaşlıq münasibətlərinin bundan sonra da ölkələrimizin mənafelərinə uyğun olaraq uğurla inkişaf edəcəyinə əmin olduğumu bildirirəm. Sizin ölkəyə daimi firavanlıq və inkişaf diləyirəm.
{nl}
Kim En NAM Koreya Xalq Demokratik Respublikası Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
Azərbaycan Respublikasının milli bayramı - Respublika Günü münasibətilə zati-alinizi və Sizin şəxsinizdə Azərbaycan xalqını öz adımdan və Şimali Kipr xalqı adından səmimi-qəlbdən təbrik edir, ən xoş arzularımı və dərin hörmətimi çatdırıram.
{nl}
Dərviş ƏROĞLU Şimali Kipr xalqının lideri
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri, qardaşım İlham Heydər oğlu Əliyevə
Əs-səlamu aleykum və rəhmətullahi və bərəkatuhu.
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə ən səmimi təbriklərimi çatdırıram. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına daha böyük tərəqqi və firavanlıq arzu edirəm.
Zati-alinizə hörmət və ehtiramla,
Qardaşınız
{nl}
Sultan bin Əbdüləziz Al SƏUD Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə və aviasiya naziri, Baş müfəttiş
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Zati-aliləri!
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə ən səmimi təbriklərimi, qardaş Azərbaycan xalqına davamlı inkişaf və rifah, Sizə cansağlığı və xoşbəxtlik arzularımı çatdırmaqdan məmnunluq duyuram.
{nl}
Ən yüksək ehtiramla,
Həməd bin Casim bin Cabir Al TANİ Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri
{nl}
Zati-aliləri!
Ölkənizin milli bayramı - Respublika Günü münasibətilə zati-alinizə ən səmimi təbriklərimi çatdırır, qardaş Azərbaycan xalqına davamlı tərəqqi, Sizə cansağlığı və xoşbəxtlik arzu edirəm.
{nl}
Ən yüksək ehtiramla,
Təmim bin Həməd Al Tani Qətər Dövlətinin vəliəhdi
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli cənab Prezident!
TÜRKSOY-un Baş Katibliyi, Türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurası adından və şəxsən öz adımdan zati-alinizi və bütün Azərbaycan xalqını 28 May - Respublika Günü münasibətilə səmimi-qəlbdən təbrik edir, gündən-günə inkişaf edən və qüdrətlənən Azərbaycan Respublikasına yeni nailiyyətlər və əmin-amanlıq arzulayıram.
TÜRKSOY-a ən yaxın dəstəklərini əsirgəməyən zati-alinizin yüksək diqqəti və qayğısı sayəsində Azərbaycan dünya mədəni həyatında öz layiqli yerini tutmaqda və yeni uğurlar qazanmaqdadır.
"Eurovision-2011" müsabiqəsində iştirak edən Azərbaycan təmsilçilərinin parlaq qələbəsi zəngin türk mədəniyyətinin bir hissəsi olan Azərbaycan mədəniyyətinin və incəsənətinin qələbəsidir. Bu, hamımızın, bütün türk dünyasının sevincidir. Belə şərəfli zəfərlərin gələcəkdə də qazanılacağına inamımız hədsizdir.
Bu duyğularla zati-alinizi və Azərbaycan xalqını bir daha Respublika Günü münasibətilə təbrik edir, möhkəm cansağlığı arzulayır, ən dərin hörmət və ehtiramımı izhar edirəm.
{nl}
Düsen KASEİNOV TÜRKSOY-un Baş katibi
{nl}
Hörmətli İlham Heydər oğlu!
Rusiya Federasiyası Stavropol diyarının bütün sakinləri adından Respublika Günü münasibətilə ən səmimi təbriklərimizi qəbul edin.
Stavropol diyarı və Azərbaycan Respublikası dostluq telləri ilə bir-birinə bağlıdır. Bizim səmərəli əməkdaşlığımız ticari-iqtisadi, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı faydalı layihələrin həyata keçirilməsinə şərait yaradır. Əminəm ki, Stavropol ilə Azərbaycan arasında yaranmış tərəfdaşlıq münasibətləri çox böyük potensiala malikdir və bağlanmış ikitərəfli saziş çərçivəsində planauyğun şəkildə inkişaf edəcəkdir. Bu əlamətdar gündə Azərbaycan Respublikasına və onun bütün sakinlərinə firavanlıq, sülh və əmin-amanlıq diləyirəm.
{nl}
Hörmətlə,
Valeri QAYEVSKİ Stavropol diyarının qubernatoru
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Çox hörmətli İlham Heydər oğlu!
MDB üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurası adından milli bayram - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Cənab Prezident, Sizə - görkəmli dövlət xadimi və siyasi xadimə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və Birlik ölkələrinin dostluğunun və əməkdaşlığının möhkəmlənməsində uğurlar, Azərbaycan Respublikasına sülh və firavanlıq diləyirəm.
{nl}
Səmimi hörmətlə,
Mixail KROTOV MDB Parlamentlərarası Assambleyası Şurasının baş katibi
{nl}
Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə
Hörmətli İlham Heydər oğlu!
İcazə verin Sizi milli bayramınız - Respublika Günü münasibətilə təbrik edim. Xahiş edirəm, Azərbaycanın hərtərəfli inkişafı və firavanlığı naminə yüksək dövləti işlərinizdə və zəfərlərinizdə uğur diləklərimi, ən xoş arzularımı qəbul edin.
Diqqətinizə və dəstəyinizə görə dərin hörmət və minnətdarlıqla.
{nl}
Tatyana ANODİNA MDB və Baltikyanı ölkələrin Dövlətlərarası Aviasiya Komitəsinin sədri
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.