Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu !
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.
Azərbaycan dövlət quruculuğu işində dərin iqtisadi və sosial dəyişikliklərin həyata keçirilməsində, beynəlxalq aləmdə öz mövqelərinin möhkəmləndirilməsində parlaq uğurlar nümayiş etdirir. Əlamətdar haldır ki, eyni zamanda, respublikanın bənzərsiz, zəngin mədəniyyətinin və milli ənənələrinin qorunub saxlanmasına xüsusi diqqət yetirilir.
Mehriban qonşuluq və qarşılıqlı etimad prinsiplərinə əsaslanan Rusiya-Azərbaycan münasibətləri yüksək strateji tərəfdaşlıq səviyyəsinə çatmışdır. Bizim əlaqələrimizin intensivliyi və səmərəli xarakteri, müxtəlif sahələrdə iri müştərək layihələrin effektiv həyata keçirilməsi, aktual regional problemlərin həllində sıx əməkdaşlıq buna dəlalət edir. Ümid edirəm ki, bu cür konstruktiv dialoq bundan sonra da həm ikitərəfli, həm də çoxtərəfli formatlarda davam edəcəkdir.
Əminəm ki, ölkələrimiz arasında siyasi, ticari-iqtisadi və mədəni-humanitar sahələrdə zəngin çoxşaxəli əlaqələrin inkişafı Rusiya və Azərbaycan xalqlarının əsas mənafelərinə uyğundur, Cənubi Qafqazda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə şərait yaradır.

{nl}

Ən xoş arzularla, 
D.MEDVEDEV Rusiya Federasiyasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında