Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!
İcazə verin, Sizi Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) rəhbərliyi və beynəlxalq tərkibli kollektivi adından Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə ürəkdən təbrik edim.
Fürsətdən istifadə edərək, vurğulamaq istərdim ki, Azərbaycan alimləri BNTİ çərçivəsində fundamental və tətbiqi fizika sahəsində aparılan tədqiqatlarda səmərəli iştirak edirlər. Bununla yanaşı, Azərbaycanın tədqiqat mərkəzləri ilə BNTİ arasında əməkdaşlıq fəal inkişaf edir. Aydındır ki, qarşılıqlı elmi fəaliyyətin yüksək səviyyəsi belə məsələlərə birinci dərəcəli əhəmiyyət verən Azərbaycan rəhbərliyinin məqsədyönlü dəstəyi sayəsində əldə olunmuşdur.
Ümidvaram ki, Azərbaycan alimləri ilə BNTİ arasında elmi əlaqələrin möhkəmlənməsi Azərbaycan tədqiqatçılarının bundan sonra da bizim İnstitut çərçivəsində həyata keçirilən dünya miqyaslı unikal layihələrdə çox yaxından iştirak etməsinə imkan verəcəkdir.
Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan xalqına isə sülh, əmin-amanlıq və firavanlıq arzulayıram. 
Dərin və səmimi hörmətlə,
Viktor Matveyev
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki

© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında