Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Los-Ancelesdəki yəhudi icmasının liderləri olaraq, müsəlman dünyasında ilk dünyəvi respublika (1918-1920) və qadınlara səsvermə hüququ vermiş (1919) ilk müsəlman ölkəsi olan Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə Sizi səmimi qəlbdən təbrik edirik.

Çox şadıq ki, Azərbaycan xalqı bu tarixi ildönümü özünün yenidən müstəqil olan və çiçəklənən dövləti – Azərbaycan Respublikası ilə qeyd edir.

Sovet İttifaqının süqutundan ötən 27 il ərzində Azərbaycan öz müstəqilliyini möhkəmləndirib, bölgədə önəmli iqtisadi gücə və beynəlxalq səviyyədə nüfuzlu bir dövlətə çevrilib.

Enerji təhlükəsizliyindən tutmuş beynəlxalq terrorizmlə mübarizə və iqtisadiyyatın şaxələndirilməsinədək bir çox mühüm sahələrdə əməkdaşlığı davam etdirən Azərbaycan ilə ABŞ arasında yaranmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndiririk.

Eyni zamanda, 1990-cı illərin əvvəllərində Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdən olan və Bakıda səfirliyini təsis edən İsrail ilə Azərbaycan arasında yaxın dostluq münasibətlərinə də böyük dəyər veririk. Ötən dövr ərzində Azərbaycan-İsrail tərəfdaşlığı inkişaf edərək iki ölkə üçün yüksək önəm daşıyan bir çox sahələri əhatə edib.

Bu nümunəvi ikitərəfli münasibətlər, eləcə də hər iki ölkənin xalqları arasındakı əlaqələr gündən-günə güclənərək sarsılmaz və davamlı körpülərin yaranmasına gətirib çıxarıb.

İki min ildən çoxdur Azərbaycanda yaşayan qədim yəhudi icması Azərbaycan ilə İsrail arasında bu körpülərin saxlanılmasında mühüm rol oynamaqdadır ki, bu da nadir bir fenomendir. Qeyri-sabit regionda yerləşməsinə baxmayaraq, Azərbaycanda antisemitizmin hər hansı bir formasının mövcud olmaması, həmçinin müsəlman, yəhudi və xristianların bütün hüquq və azadlıqlara malik olaraq, sabit və təhlükəsiz şəraitdə dinc birgə yaşamaları Azərbaycandakı dinlərarası harmoniya, tolerantlıq və qarşılıqlı hörmət mühitinin mövcudluğunun bariz göstəricisidir. Sizin uzaqgörən liderliyiniz və bir-biri ilə ahəng təşkil edən bu dəyərlərin bir müstəsna hal deyil, gündəlik həyat tərzi olmasını təmin etmək istiqamətində göstərdiyiniz nümunə olduqca təqdirəlayiqdir.

Los-Ancelesdəki yəhudi icması Azərbaycanın buradakı Baş konsulluğu ilə bir çox siyasi və mədəni məsələlər, o cümlədən burada yerli icmaların ölkənizdə yüksək hörmət göstərilən yəhudi icması və Azərbaycanın İsrail Dövləti ilə möhkəm tərəfdaşlığı barədə məlumatlandırılması sahələrində açıq dialoq və sıx münasibətlər saxlanmaqdadır.

Bu tarixi ildönümü münasibətilə Sizi bir daha təbrik edir, Sizə və ölkənizə böyük uğurlar və davamlı tərəqqi arzulayırıq.

Dərin hörmətlə,

Maykl Tuşin
Böyük Los-Anceles Yəhudi Federasiyasının
İdarə Heyəti və İcraiyyə Komitəsinin üzvü, Universitet Sinaqoqunun sabiq prezidenti,
Ravvin Abraham Kuper
Simon Vizental Mərkəzinin sədr müavini,
Skot Edelman
Amerika Yəhudi Komitəsinin Los-Anceles nümayəndəliyinin prezidenti,
Cey Senderson
Böyük Los-Anceles Yəhudi Federasiyasının prezidenti və baş icraçı direktoru,
Ravvin Morli Fainstayn
Universitet Sinaqoqunun baş ravvini, Cənubi Kaliforniya Ravvinlər Şurasının sabiq prezidenti,
Ravvin Maykl Qotlib
Kehillat Maarav Qərb Sinaqoqunun baş ravvini,
Ravvin Coel Saymonds
Ədalət naminə Yəhudi Mərkəzinin icraçı direktoru,
Riçard Paçulski
Wilshire Boulevard Sinaqoqunun sabiq prezidenti,
Ancela Maddahi
Los-Anceles Sinay Sinaqoqunun prezidenti,
Suzan Azizzade
Amerikadakı İran Yəhudiləri Federasiyasının prezidenti,
Ravvin Devid Şofet
Nessah Sinaqoqunun qurucusu və baş ravvini


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında