Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli Prezident!

Azərbaycana rəsmi səfərim zamanı hər addımda hiss etdiyim səmimi qonaqpərvərliyə görə Sizə təşəkkürümü bildirmək istəyirəm. Bakıya təkrar səfərimdən olduqca məmnun qaldım və Prezident seçkilərindəki qələbənizdən sonra Sizin ilk Prezident qonağınız olmaqdan şərəf duyuram.

Atanızın dəst-xəttini davam etdirərək, böyük tərəqqi yolunda ölkənizə rəhbərlikdə nümayiş etdirdiyiniz ideya gücünüz və enerjiniz məni bir daha heyran etdi. Ümidvaram ki, Serbiya ilə əməkdaşlıq öz məqsədlərinizi gerçəkləşdirməkdə Sizə kömək edə bilər və çox minnətdaram ki, Siz Serbiyanın inkişafını xeyli sürətləndirə bilən bu əməkdaşlığı dəstəkləyirsiniz. Sevindirici haldır ki, mənim səfərim zamanı biz strateji tərəfdaşlığa dair Fəaliyyət Planını imzaladıq. Coğrafi məsafə baxımından uzaq olsalar da, bizim dövlətlərimiz və xalqlarımız arasında ənənəvi dostluq əlaqələri və bütün sahələrdə əməkdaşlığı möhkəmləndirmək üçün böyük imkanlar mövcuddur.

Prinsipial olaraq ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşılması mövqeyindən çıxış edərək və Kosovonun birtərəfli qaydada elan edilmiş müstəqilliyini tanımayaraq, Azərbaycanın beynəlxalq miqyasda Serbiyanı dəstəklədiyi üçün Sizə bir daha öz minnətdarlığımı bildirirəm. Serbiya da prinsipial olaraq Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət edilməsinin tərəfdarıdır və hesab edir ki, bütün mübahisəli məsələlər sülh yolu ilə həll olunmalıdır.

İcazə verin, bu fürsətdən istifadə edərək Sizi vətənpərvərliyin, azadlığın, müstəqilliyin və tərəqqinin rəmzinə çevrilmiş Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edim.

Sizi Serbiyada arzuolunan qonaq kimi gözləyir, bir daha ən səmimi salamlarımı və dərin ehtiramımı ifadə edirəm.

Aleksandr VUÇİÇ
Serbiya Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında