Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə Sizə və xalqınıza BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionunun bütün heyəti adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırıram.

Fürsətdən istifadə edərək, mən müsəlman Şərqində ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını təbrik etmək istəyirəm.

Cəmi 23 ay mövcud olmasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə
götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirmiş, Azərbaycanın müstəqillik və dövlətçilik tarixində müstəsna iz buraxmışdır.

Azərbaycanın uzunmüddətli və etibarlı tərəfdaşı kimi BP şirkəti ölkənin zəngin mədəni irsini, milli dəyərlərini təbliğ edən təşəbbüs və fəaliyyətləri həmişə dəstəkləmişdir. BP şirkəti olaraq biz Cümhuriyyətin 100 illiyinin bayram edilməsinə qoşulmaqdan və xalqın qürur hissini paylaşmaqdan şərəf duyuruq.

Bu möhtəşəm yubileylə bağlı olaraq, biz Şərqin ilk demokratik respublikasına həsr edilmiş “Cümhuriyyətin qurucuları” adlı tədqiqat əsərlərinin, eləcə də “Son iclas” adlı bədii-sənədli filmin ərsəyə gəlməsinə töhfə vermək imkanımızdan böyük iftixar hissi duyuruq.

Cənab Prezident, bu əlamətdar bayram münasibətilə Sizi bir daha təbrik edir,
 Zati-alinizə cansağlığı və Azərbaycan xalqının davamlı rifahı naminə fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətlə,

Qəri Counz
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında