Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Milli bayramınız – Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan xalqını Hindistan hökuməti və xalqı adından, şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm.

Hindistan ilə Azərbaycan arasında tarixi əlaqələrə və inkişaf edən ikitərəfli əməkdaşlığa əsaslanan səmimi dostluq münasibətlərinin mövcud olduğunu qeyd etməkdən məmnunluq duyuram. Həqiqətən əlamətdar haldır ki, uzunömürlü dostluq münasibətlərimiz illər ərzində bir çox sahələrdə möhkəmlənib və dərinləşib.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, dost Azərbaycan xalqının firavanlığı naminə ali dövləti fəaliyyətinizdə uğurlar arzulayıram.

Möhtərəm Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

Ram Nat Kovind
Hindistan Respublikasının Prezidenti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında