Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri cənab Prezident!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Zati-alinizi Kosta Rika Respublikasının xalqı və Hökuməti adından səmimi qəlbdən təbrik edirəm.

Sizin rəhbərliyinizlə Azərbaycan Respublikasının gələcəyi bizdə inam və nikbinlik yaradır, ölkələrimiz arasında qurulmuş dostluq münasibətlərinin xalqlarımız üçün qarşılıqlı, faydalı layihələrə təkan verəcəyinə ümid edirik.

Zati-aliləri cənab Prezident, mənim xarici işlər və etiqad naziri vəzifəsində müddətim başa çatıb. Lakin bu vəzifədə olduğum dövrdə bir neçə dəfə səfər etdiyim Sizin ölkənizə bir daha səmimi minnətdarlığımı bildirmək üçün bu xoş fürsətdən istifadə etmək istəyirəm. Səfərlərim zamanı xalqlarımızın qonaqpərvərliyindəki  bənzərliklərin şahidi oldum.

Əminəm ki, ölkələrimiz arasında son illər müşahidə olunan yaxınlaşma bundan sonra da davam edəcək və tezliklə Latın Amerikası ilə Qafqaz regionunu yeni beynəlxalq birgə fəaliyyət formasında yaxınlaşdıracaq əməkdaşlıq layihələrinin şahidi olacağıq.

Bir daha Sizi səmimi qəlbdən təbrik edir, Azərbaycan xalqına Kosta Rika xalqının ən səmimi və qardaş salamlarını çatdırıram.

Fürsətdən istifadə edərək bir daha Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm.

Hörmətlə,

Manuel A.Qonzalez Sanz
Kosta Rika Respublikasının sabiq xarici işlər və etiqad naziri

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında