Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Çox hörmətli İlham Heydər oğlu!

İcazə verin, Sizi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun (BNTİ) rəhbərliyi və beynəlxalq tərkibli kollektivi adından səmimi qəlbdən təbrik edim.

Prezident seçkilərində Sizin inamlı qələbəniz ölkə iqtisadiyyatının, milli elmin və beynəlxalq əlaqələrin innovasiya yönümlü inkişafı kursunuza ümumxalq dəstəyinin parlaq sübutudur.

Məmnuniyyətlə qeyd edirəm ki, Azərbaycan alimləri BNTİ çərçivəsində fundamental və tətbiqi fizika sahəsində aparılan tədqiqatlarda fəal iştirak edirlər. Azərbaycanın tədqiqat mərkəzləri ilə bizim institut arasında əməkdaşlıq uğurla həyata keçirilir.

Ümidvaram ki, Azərbaycan alimləri və BNTİ arasında səmərəli qarşılıqlı fəaliyyət nəticəsində əldə olunmuş təcrübə daha da genişlənəcəkdir.

Çox hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı və yeni-yeni uğurlar, Azərbaycan Respublikasının xalqına isə sülh, firavanlıq və tərəqqi arzu edirəm.

Dərin və səmimi hörmətlə,

Viktor Matveyev
Birləşmiş Nüvə Tədqiqatları İnstitutunun direktoru, Rusiya Elmlər Akademiyasının akademiki


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında