Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri!

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi EksonMobil şirkəti adından təbrik etməkdən məmnunluq hissi duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan dünyanın müxtəlif yerlərindən olan şirkətlərlə sıx peşəkar ticarət tərəfdaşlığı quraraq öz enerji resurslarını dünya bazarına çıxarmaq istiqamətində səylərini davam etdirir. Siz beynəlxalq tərəfdaşlığa xüsusi önəm verərək ölkəni investisiyalar üçün cəlbedici bir məkana çevirmisiniz. EksonMobil şirkəti olaraq Azərbaycanın inkişafına töhfə verdiyimiz üçün qürur hissi keçirir və ölkənin daha parlaq gələcəyi naminə fəaliyyətimizi davam etdirməyə ümidvarıq.

Bu xoş fürsətdən istifadə edərək Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə Sizə səmimi təbriklərimi çatdırır, Zati-alinizə və xalqınıza əmin-amanlıq və daha yüksək tərəqqi arzulayıram.

Dərin ehtiramla,

Nil Daffin
ABŞ-ın EksonMobil şirkətinin prezidenti

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında