Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident!

Azərbaycanda keçirilən Prezident seçkilərində qazandığınız inamlı qələbə münasibətilə Sizi Polşadakı Varşava Azərbaycanlıları Birliyinin çoxsaylı üzvləri adından təbrik edirik.

Sizin həyata keçirdiyiniz siyasətin nəticəsi göz önündədir. Ölkəmizin inkişafı, regionda artan nüfuzu, əhalinin sosial vəziyyətinin və firavanlığının ildən-ilə yaxşılaşması, Azərbaycanın hərbi qüdrətinin keçmiş dövrlə müqayisə edilməyəcək dərəcədə güclənməsi şəxsən Sizin uğurlu siyasətinizin nəticəsidir.

Hazırda ölkəmizin turizm potensi­alını reallaşdıraraq Vətənimizin tanı­dılması üçün misilsiz işlər görürsünüz. Xüsusən, Azərbaycana gələn xarici ölkə vətəndaşları üçün “ASAN Viza” siste­minin tətbiqində göstərdiyiniz qətiyyəti qeyd etməyi özümüzə borc bilirik. Biz də, öz növbəmizdə, Polşada bacardığı­mız qədər ölkəmizi təbliğ edir və turizm məsələsinə xüsusi önəm veririk.

Azərbaycanda istər iqtisadi-sosi­al, istərsə də təhlükəsizlik sahələrində sabitlik hökm sürür. Yaxın və uzaq qon­şularımız uzun illərdir qeyri-sabit həyat sürdükləri halda, Azərbaycan Respub­likasının vətəndaşları ana vətənimizdə əmin-amanlıq şəraitində yaşayırlar. Buna görə Sizə öz dərin minnətdarlığımı bildirirəm.

Möhtərəm Prezident, Azərbaycanın Avropa İttifaqı ilə əlaqələrini yüksək qiymətləndiririk və Avropada yaşayan azərbaycanlılar olaraq bu əlaqələrin inki­şafına hər cür dəstək verməyə hazırıq.

Cənab İlham Əliyev, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı arzulayır və bu şərəfli işinizdə uğurlarınızın daimi olmasını diləyirik.

Dərin hörmətlə,

Rəsul MƏMMƏDOV
Varşava Azərbaycanlıları Birliyinin sədri

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında