Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Azərbaycan Respublikasının Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə Sizə “TEK­FEN İnşaat” şirkəti adından və şəxsən öz adımdan ən xoş arzularımı və təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Bu qələbə Azərbaycan xalqının Zati-alinizə bəslədiyi sonsuz etimadın göstəricisidir. Azərbaycan xalqı bir daha sabitliyə, inkişafa, tərəqqiyə, müstəqil siyasətinizə səs verərək azad və demokratik Azərbaycan Respubli­kasının xoşbəxt və firavan gələcəyini təmin etdi.

Sizin siyasətiniz nəticəsində uğurla inkişaf edən, ildən-ilə müasirləşən, beynəlxalq nüfuzunu gündən-günə artıran, xarici sərmayələr üçün açıq olan Azərbaycan Respublikasında nümunəvi sabitlik şəraitində 23 ildən artıq bir müddətdə irimiqyaslı layihələr həyata keçirməkdən qürur duyan bir şirkət kimi gələcəkdə də dost və qardaş Azərbaycanın inkişafına xidmət etməyə hazır olduğumuzu bildiririk.

Möhtərəm cənab Prezident, Sizi yenidən ali dövləti vəzifəyə seçilməyiniz münasibətilə bir daha təbrik edir, Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik, Azərbaycan xalqının əmin-amanlığı, tərəqqisi, rifahı naminə qarşıya qoyduğunuz məqsədlərə nail olmaq yolunda böyük uğurlar və əzmkarlıq arzulayıram.

Dərin hörmət və ehtiramla,

Levent KAFKASLI
Türkiyənin “TEKFEN İnşaat” şirkətinin prezidenti

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında